İnsanoğlu isə hərdəmxəyal və ləyaqətsiz məxluqdur, bəlkə də, o, şahmat oyunçu kimi can atdığı hədəfin özünü yox, o hədəfə çatmaq prosesinin özünü sevir.
Əvvəllər o qan tökməklə ədalətə nail olurdu deyə, istədiyi insanı soyuqqanlı şəkildə qətlə yetirə bilirdi: indi isə qan tökməyi iyrənc bir şey saymağımıza rəğmən, biz yenə də, həm də əvvəlkindən daha da çox bu işlə məşğuluq. Hansı daha pisdir?- buna özünüz qərar verin.
Ancaq insanoğlu müəyyən sistemə və abstrakt nəticəyə nə dərəcədə düşkündürsə, o, həqiqəti qəsdən təhrif etməyə, gözləriylə gördüyünü, qulaqları ilə eşitdiyini isə danmağa daim hazır olur- təki öz məntiqinə sadiq qalsın.
Nə qədər ölçüb-biçsəm də,belə çıxır ki,əsas məqam-hər məsələdə təqsirin mənim üstümə yıxılması ilə bitir və məni ən çox incidən şey isə,necə dəyərlər,təbiət qanunlarına da uyğun şəkildə,bir günahsız müqəssir sayılmağımdır.