Fidan

Fidan
@_FidAnn_
Əgər gözəl olanı görə bilirsənsə, bunun səbəbi sadəcə gözəl olanı içində daşımağındır. Çünki dünya hər kəsin öz əksini gördüyü bir güzgü kimidir.
Bakı Slavyan Universiteti
Azerbaijan, Baku
5 Aralık
29 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Labüd bir şey idi acı badam qoxusu ona hər zaman uğursuz eşqləri xatırladırdı.
Roman
Etimoloji Defteri
Mücellit Nedir ?
Uzaqda bir ev vardı... pəncərəsindən bayıra rəqs edərək işıq süzülən bir az ürkək, sərgərdan, bir az da kövrək insanın evi.... Sanki gecəni içində gizlətmiş, soyuq cismini gündüzə pənah aparıb, bükülmüş ovucundan ümidləri süzülərək hətta torpaq qoxusunun günəşin şanına havaya qarışıb yox olduğunu kirpiklərindən yerə düşən damlalarda hiss edirdi. Nəfəsinin közərmiş qığılcımından yenə bir həyatın son gedişini bir də parlaq ulduzların parıltısına toxunaraq bu gedişin bir dönüşü olmadığının fərqinə vararaq donuq bir üzlə asılı qalırdı asimanın toza bürünmüş ənginləklərində Uzaqda bir ev vardı... Mavi qübbəsini boz rəngin savaşında itirən, cəsur, öz özünü bitirən insanın evi... Tapdalanmış xəyalları, kabusa dönüb kölgə tək süzülürdü qanına, yaxasından tutaraq çevirirdi dumanlı dərinliklərin sonuna.Dik duruşunu pozmadan öz evi kimi uzaqda olan digər uzaq bir evin var oluşunu sezgilərinin zəif pıçıltısında duyurdu. Bilirdi yollar var, yol ayrıcıları dolaşıq, küləklərin ərköyün davranaraq sovurub, sürüklədiyi qarmaqarışıq yollar.. diz üstə çökdüyu yerdən bütün uçuq, dağılmış parçalarını yığaraq, üsyan tacını geyindi... səssizliyinin damarını kəsərək qarət etdi, dəfələrlə içində öldürdüyü ruhunun sağ qalmış yarımçıqlığını və bir səhnənin pərdəsi endi... Uzaqda bir ev var... ümidlərini gözlərində boğaraq yerə dikilmiş baxışında duyan, sevincinin tiyəsini köksünə kəskin sancan , nəfsi cilalanmış paklıq içində .Qələbəsi labüd olan insanın evi! ©öz
İnsan var ki, iki şeyi yanaşı daşıyır... Sevdiyi qədər sevməmək və anladığı qədər anlamamaq
Sən səmada pərvazlanan ruhumun yer üzərindəki təcəssümüsən.
Məndən soruşma kiməm! Nəyəm, Nəçiyəm! Dəniz tək burulğan dalğalarımı, Qayalara çırpmağa gəlmişəm. Bir az Çılğın .. Bir az da səssiz .. Sahilində ümid sorağına gəlmişəm. Yaşadığım boz şəhərin, Tozlu küçələrindən Və Sükut gecələrindən Birdəki.. Birdəki ölmüş ruhların ölkəsindən Qollarıma alaraq ruhumu Yol çantası tək götürüb gəlmişəm. Hardan ki gəlmişəm orda insanlar Küləyə bənzər bir əhvalla Yaşayırlar Bəlkə də yox...aldanırlar, Ömrünü dayanacaqda itirənin Lal olmuş nidası tək Bir az da ürkək Mənasını bilmədiyim günlərin Mənasızlığını çözməyə gəlmişəm ©Öz