Asav.Huseyn

Asav.Huseyn
@_Hsnv
Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli və Avropa qiyafətli bir gənc! ~ Əli bəy Hüseynzadə
Lawyer and Writer
Law
37 reader point
Joined on May 2023
Bəzi insanların "Səni sevirəm" deməsinə ehtiyac yoxdur...
🍃"Bir sözü demək niyə bu qədər əzab versin ki insana? Tanrının bu sözdə gizlətdiyi böyük sirr nədədir?" ~ İneffable✨A.H ~ Bakı 2024 🎶 youtu.be/e30TZ47D3Do?si=... ~ "Please love me."
Reklam
#Biz gəlirik...
💫Beləliklə, İneffable üçün geri sayım başladı. Kitabın bu qədər gecikməsinin əsas səbəbi üz qabığının dizaynı zamanı yaşadığımız problemlər oldu. Daha dəqiq desək, əsərin məzmununu üz qabığı ilə anlatmaqda əməlli çətinlik çəkdik. Sonda #
Nəimi
Nəimi
y:141942 bəyin ideyası üzərində bir neçə əlavələr ilə dayandıq ki, fikrimcə buda "İneffable" oldu. ✨Üz qabığını yaxın günlərdə paylaşacam. Geri sayım günlərində isə kitab haqqında hissləri sizə ötürmək üçün bu hissləri azda olsa yansıtmağa kömək edə biləcək günə bir musiqi paylaşılacaq ki, bu musiqilərin onları gündəlik izləyən hər kəsə sonda kitabı oxuyarkən daha dərin hisslər keçirməsinə yardımçı olacağını düşünürəm. Beləliklə, başlayırıq. 🎶İlk musiqi şərqin ilk opera yazan qadını Şəfiqə Axundovanın ifasında sözsüz hekayə adlandırdığımız, kitabda da tez-tez dinləyəcəyiniz, baş obraz Aslanın da çox sevdiyi "Həsrətindən" musiqisidir. youtu.be/pTmI7R3bBXU?si=... #Bəlkə anlamışsınızdır... Bu Sənin üçündür. Heç vaxt ölməyəcək olan Sənin üçün... 🐝Yeri gəlmişkən onu da deyim ki, xoşbəxtliyin itkin düşmüş xəritəsi Hərbistanın nəşri üçün bütün qadağa və maneələr bu dəqiqələrdən etibarən götürülür. Onun haqqında heç kimin bilmədiyi bir sirri var. #Biz gəlirik!

Reader Follow Recommendations

See All
Bu Sənin üçündür...
🫴İzahı çətin olan "İneffable" adlı hekayəmiz bu cümlə ilə bitirdi..."Bəlkə anlamışsınızdır!"... Çox şey deməyəcəm. Kitabı yazmağa başladığım an ağlımdan keçənlər ilə ürəyimdə hiss etdiklərim onu bitirən andakı ilə eynilik təşkil etmirdi. Hətta bir ara kitab o qədər yük olmuşdu ki, tələsik bitirmək istədim. Bunu bəzi hissələri oxuduğunuz zaman fərqinə varacaqsınız. Sizə oxuyacağınız ən yaxşı detektiv əsər olacaq sözünü verə bilmərəm. Amma bəlkə, ən fərqlisi ola bilər. Sonda bu Sənin üçündür... Heç vaxt ölmüyəcək olan Sənin üçün...🥀
Bu gün oxuduğum ən gözəl qısa hekayə...
Yohan Sebastian Baxın kiçik qızını, sonra üç oğlunu, sonra da həyat yoldaşını itirdiyini bilirdinizmi...¿? Sonra yenidən evləndi, sonra ikinci arvadı Anna-Magdalena, dörd qızı və daha üç oğlunu itirdi... On bir sevimli uşaq...🥺 Bax bu itkilərin öhdəsindən necə gəldi? Necə nəfəsi dayanmadı, ürəyi necə dayanmadı? Ən əsası isə o, musiqi yazmağa necə davam edə bildi¿?🤔 Kantati, Cello Suites, skats, konsertlər... Dünyanın indiyə qədər eşitdiyi ən gözəl musiqilərdən biri..🎶 ✨Onun bunu necə etdiyini bilirsinizmi? Tamaşanın sonunda həmişə "Soli Deo gloria" (Sübhanallah...) və əvvəlində "Rəbbim mənə kömək et..." yazırdı... Ona görə də Baxın musiqisi zamanı dua edə bilərsiniz, çünki musiqi özü duadır... Baxın musiqisi insanla Tanrı arasında söhbətdir...☄️
Reklam
Bakı üçün yağış vaxtı... ) ( İneffable )
Sanki, bu səhnə qarşısında gözləri dolduğundan dolayı gözyaşlarına hakim ola bilməyən səmanın asta-asta yerə buraxdığı yağış damlaları daha çox sarılmalarına icazə verməyərək ayrılıq vaxtının çatdığını onların üzlərinə vurdu....
Bəlkə anlamışsınızdır... (İneffable...)
Amma təbii ki, sevənləri ayırmaq nə qədər böyük günah olsa da, nəhayətində cinayət deyil. Ona görə içimdəki ədalət hissi bu günaha görə bir insanı həyatından məhrum etmənin ağır bir cəza olduğunu durmadan bağırır, ürəyim isə əksinə olaraq Mənsur Əfəndinin qətlində israrlı idi...
Uzun sürən axtarışlardan sonra, nəhayət kitabı əldə etmək mümkün oldu. Ədəbiyyatımıza və yazıçımıza xeyirli olsun!
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
Yeri gəlmişkən: Əllərimə sağlıq üz qabığı İneffable dır 😊
İneffable...
Əlbəttə ki, yox. Birini öldürdüyüm doğrudur, amma yaşadığım illər ərzində heç kimə xəyanət etmədiyim, heç kimin hissləri ilə oynamadığım da həqiqətdir. Ən çox üzüldüyüm bilirsən nədir? Vicdanım bir qram belə olsa narahatlıq hissi keçirmir. Kiməsə bir üzrxahlıq borcumun olduğunu və ya hesab verməli olduğumu da sanmıram. Zamanı gələndə hesab verəcəm,amma bu yalnız barəmdə ən ədalətli hökmü çıxaracağına inandığım Tanrı qarşısında olacaq ki, O nu da qarşımda görmürəm...
Reklam
İneffable ~ Tik, Tak, Tik Tak...
Həyat tam da budur. Bir tərəfdə sevinc, digər tərəfdə göz yaşı. Və bu heç zaman dəyişməzdi. Gülü tikanı, dostu nöqsanı ilə sevərmiş insan. Yer adlandırdığımız bu dünya da hər kəs üçün eyni ola bilməzdi. Yalnış anlamayın. Bu sizin insan və ya canlı olmağınız ilə əlaqəli deyil. Bu tamamən onun özü ilə əlaqəli bir durum idi. O torpağa, hətta səmaya belə o cür münasibət bəsləyərdi. Sırf eyni səmalar hər zaman günəşli olmasın deyə fırlanırdı... Bilmirəm bəlkə də, bunu səmasını günəşə, xoşbəxtliyini insanlara qısqandığı üçün edirdi, ya ədaləti bərabər şəkildə bölüşdürmək üçün, ya da inadından. Tək bildiyim onu bu cür sevməyimizdən ziyadə bir tərcihimizin olmamasıdır. Yadımdan çıxmamış onu da deyim...
Füyuzat ~ 1906
Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli, Avropa qiyafətli bir gənc!
Təşəkkürlər, Qarabağ!
#Könüllərin çempionu...🤍🇦🇿
39 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.