Liibrary

Gerçəklik
19-cu əsr əfsanəsinə görə, doğru ilə yalan bir gün qarşılaşırlar. Yalan Doğruya baxır və deyir: "Bugün hava çox gözəldir." Doğru ona baxıb göyə doğru nəzər salır. Həqiqətən də gün çox gözəldir, yalanın doğru deməsinə təəccüblənir. Bir quyuya çatana qədər birlikdə vaxt keçirirlər. Yalan hələ də doğru danışır. Yalan: "Suyun çox gözəldir, gəlin birgə çimməyə gedək!" deyir. Doğru bir daha şübhə ilə suya toxunur, su həqiqətən çox gözəldir. Yalanın dediyinə inanıb soyunur və üzməyə başlayırlar. Yalan birdən sudan çıxıb, doğrunun paltarlarını geyinərək qaçıb itir. Qəzəbli Doğru quyuya çıxır, Yalanı tapmaq və paltarlarını geri almaq üçün hər yeri gəzib axtarır. Dünyada çıplaq doğruyu görənlər onu aşağılayır və qəzəblə baxırlar. Zavallı Doğru quyuya geri dönür və sonsuza qədər itir. O zamandan bəri yalan, dünyanın hər yerində doğru kimi geyinib içimizdə yaşayır. Dünya isə heç vaxt çıplaq doğruyu görmək istəmir. Hər kəsin vicdanı rahatdır, bəs bu qədər ürəyi kim sındırdı?
1000Kitap