Aytacc

Aytacc
@_Orenda_
Kitap bir limandı benim için. Kitaplarda yaşadım. Ve kitaptaki insanları sokaktakilerden daha çok sevdim... 𝐻𝑒𝑐̧ 𝑏𝑖𝑟 𝑑𝑢𝑦𝑔̆𝑢 𝑜̈𝑧 𝑒𝑐𝑒𝑙𝑖 𝑖𝑙𝑒 𝑜̈𝑙𝑚𝑒𝑧
Sabitlenmiş gönderi
Kim bilir?! Qadın ürəyi o qədər sirli, qadın qəlbi o qədər qaranlıq olur ki, bundan heç kəs, heç özləri də baş aça bilmir.
Sayfa 279Kitabı okudu
Reklam
Aytacc
@_Orenda_·Is currently reading
%12 (33/272)
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
Nə imiş?! -Səhv etməməli imişik.
Dedektiv janrı sevirəm. Ən sevdiyim janrlardandı. Yazarın ilk oxuğum və ənnn sevdiyim əsəri
On Dördüncü Adam
On Dördüncü Adam
olub. Yazarı oxumayanlara ilk bu kitabı tövsiyyə edə bilərəmm. Bundan sonra yazarın əsərlərinə daha çox marağım artıb və oxumağa davam etmişəm və edəcəm. •Gələk əsərə. Bu əsəri digər əsərlərindən fərqli olaraq dedektiv janrında deyil. Vəə gerçək həyat hekayəsidi təəssüf ki. Bir günə oxuduğumu desəm kitabın necə maraqlı axıcı olduğunu anlaya bilərsiz. Əsərdə, deyərdim ki, bir qadının başına gələcək ən böyük faciə-namusu ilə
Şantaj
Şantaj
əks olunub. Qadının bu çıxılmaz vəziyyətdə etdikləri və etmədikləri qeyd olunub. Bu əsəri oxuyanda bir daha anladım ki, ailə faktoru çox önəmlidi. İnsan ailəsi ilə hərşeyi bölüşə bilməlidi. O da ki qaldı bu cür qorxulu vəziyyəti. Amma çox əfsuslar olsunki, günümüzdə 90% ailə valideynliyi övladını böyüdüb, bəzən oxuması üçün şərait yaradıb, sonda özündən uzaqlaşdırıb evləndirməkdə görür. Onun düşüncələrini, dədlərini, sıxıntılarını soruşmaq belə yadına düşmür. Belə olanda da biz qızların üstünə yalnızca bişey düşür. Əsərdə dediyi kimi; Çalışın səhv etməyin qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq!... Son olaraq demək istəyirəm ki, Ülkərlə ya da əsərdə adı keçən obrazlarla gerçək həyatda danışmağı, bu yazdıqların bir də ondan dinləməyi, bir sözlə, onla həmsöhbət olmağı çox istəyirəm. Bir gün bunu edəcəm...
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 045 okunma

Reader Follow Recommendations

See All
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
Şantaj
ŞantajElxan Elatlı
8.5/10 · 45 reads
Niyə cəmiyyət bu cür insanlarla doludur? Niyə?!!
Çalışın səhv etməyin, qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi əsla bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq...
Sayfa 399 - ÜlkərKitabı okudu
Reklam
Bəli, "zaman" deyilən o şey hər bir insana dediyi kimi, mənə də deyirdi ki, bax mən buyam, bu yerə gəlib çıxmışam və öz yolumla gedirəm!.. İstəyirsən mənə uyğunlaş, istəmirsən öl, cəhənnəm ol get!..
Sayfa 334 - ÜlkərKitabı okudu
İnsanı insan edən, digər canlılardan fərqləndirən yalnız şüuru deyil, həm də qürurudur. Kişinin kişi qüruru, qadının qadın qüruru olmalıdır. Bir də, məncə, ümumən insanlıq qüruru var.
Sayfa 333 - ÜlkərKitabı okudu
İnsan öz səhvləri, günahları ilə insandır.
Sayfa 333 - ÜlkərKitabı okudu
Axı valideyn olmaq yalnız övladını dünyaya gətirmək, böyütmək, cibinə xərclik qoyaraq oxutmaq, evləndirib özündən ayırmaq demək deyil, bütün ömrü boyu onun hər işi üçün Tanrının, dövlətin və cəmiyyətin qarşısında məsuliyyət daşımaq deməkdir.
Sayfa 262 - ÜlkərKitabı okudu
Bəli, sağlam idi...
Yəni, bu qədərmi sağlam idi bu ürək?!
Sayfa 242 - ÜlkərKitabı okudu
Reklam
Baxın, əslində, biz qızların sevgisi keramika yapışqanına bənzəyir, sevdiyimizdən qopa bilmirik və qopanda da özümüz parçalanıb tökülürük. Ruhumuz ömürlük məhv olur...
Sayfa 220 - ÜlkərKitabı okudu
Bu məqsədlə deyilən və heç vaxt mənə şirin gəlməyən xoş sözlər...
Biz qızlar niyə belə idik axı? Qəlbimizi ələ almaq üçün yaxınlaşıb bir neçə xoş söz deyən birinə niyə belə tez və möhkəm bağlanırdıq?
Sayfa 220 - ÜlkərKitabı okudu
Of, həyat, sən necə amansızsan!..
Sayfa 213 - ÜlkərKitabı okudu
Doğrudan da, qəribə deyildimi?..
Bir məşhur mahnıda deyildiyi kimi; yadlar gəlir doğma olur, yaxın olur, ey həyat, sən nə qəribəsən?!
Sayfa 177 - ÜlkərKitabı okudu
Çətin günümdə dayaq olmayandan sonra nəyimə lazım idi belə qohum?..
Sayfa 104 - ÜlkərKitabı okudu
Günlerden pazar, amma sınavın vardır...
Bu havalarda da evde ders çalışmak katiyyenn olmur🦥
96 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.