“ Bizə həyəcan və iztirab gətirən şeyləri unutmaq üçün payızdan yaxşı vaxt yoxdur. Ağaclar quru yarpaqların necə tökür - qəm-qüssəmizi, bax, o quru yarpaqlar kimi silkələyib üstümüzdən ataq gərək. Vaxt var ikən gedib doyunca rəqs etmək, hərarəti ilə bizi isidən günəşin hər bir zərrəsi ilə bədənini, ruhunu isitmək lazımdır, nə qədər ki, günəşin şüaları səmada solğun bir çırağa dönməyib.”
“ Elə ki gecə düşür, hər yana qaranlıq çökür, mən hər şeydən qorxmağa başlayıram: həyatdan, ölümdən, sevgidən, yaxud sevgisizlikdən. Hər şeyin tezliklə vərdişə çevrilməsindən. Ondan ki, ömrümün ən gözəl illərini bu sonsuz yeknəsəqlik içində itirirəm-hər şey təkrar olunur, dönə-dönə, ta ölənə qədər.