“ Bir dəfə heç cür anlaya bilmədiyi bir şey demişdi ona mərhum əri: ayağı kəsilmiş adamlar artıq olmayan ayaqlarının yerində ağrıları, qıclığı, qaşınmaları duyurlar. Onsuz özü də məhz bu cür duyurdu özünü. Artıq olmadığı yerdə duyurdu ərini.”
"Doğrudanmı, elə bilirsən, bu boyda gözəlliklər sənin o balaca lentinə sığışar? Çalış, bunları qəlbinə yığ, yaddaşına köçür! Bu daha lazımlıdır, nəinki gördüklərini başqalarına göstərmək".
“Çünki sevgi təkcə və sadəcə, hiss deyil, o incəsənətdir. İncəsənətin bütün növlərində olduğu kimi, burda da təkcə ilham azdır, o, böyük iş və zəhmət tələb edir adamdan.”
“ Bizə həyəcan və iztirab gətirən şeyləri unutmaq üçün payızdan yaxşı vaxt yoxdur. Ağaclar quru yarpaqların necə tökür - qəm-qüssəmizi, bax, o quru yarpaqlar kimi silkələyib üstümüzdən ataq gərək. Vaxt var ikən gedib doyunca rəqs etmək, hərarəti ilə bizi isidən günəşin hər bir zərrəsi ilə bədənini, ruhunu isitmək lazımdır, nə qədər ki, günəşin şüaları səmada solğun bir çırağa dönməyib.”