Sona Mustafayeva

445 syf.
9/10 puan verdi
·
Read in 16 days
“Kendi yaşamınızı tam anlamıyla yaşadınız mı?”
Bəzi kitabları sadece oxumuruq, onalar bizim qərarlarımıza, düşüncələrimizə yön verir, həyatımıza toxunur.
Nietzsche Ağladığında
Nietzsche Ağladığında
bu qəbildən bir kitabdır. Romanı oxuyarkən öz həyatım barədə düşündüm, doğurdan da həyatımı istədiyim kimi, öz müstəqil qərarlarımla yaşamışammı? Əlbəttə ki yox! Kitab bizə səhifə-səhifə ömrümüzü sürü psixologiyası ilə başqalarının uğrunda necə tükətdiyimizi göstərir. Özünüzə bir yaxşılıq edib bu əsəri oxumalısınız.
Nietzsche Ağladığında
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202352.7k okunma
Reklam
1724 syf.
7/10 puan verdi
·
Read in 26 days
Səfillərin tam mətnini ilk defedir oxuyuram. Bundan evvel texminen 400 sehifelik qısaldılmış metni oxumuşdum. Hər kəsin heyran qaldığı 10 balla qiymetlendirdiyi romana bir men isine bilmedim. Bu, belke de, romanı oxudugum yaşla, oxu tecrubemle elaqeldir. Fikrimce romanda işlenmiş beşeri mövzuları, insan hüquqları, azadlıq, cümhuriyyət kimi mövzulari anlamaq üçün qısaldılmış metn kifayet edir.
Sefiller (2 Cilt Takım)
Sefiller (2 Cilt Takım)
kitabında bəyəndiyim tək nüans insan hüquqları məsələsinin sujet xettinde müxtəlif hadisələrlə ifade olunmasıdır. 1700 sehifelik tam metn de uzun uzadı tesvirlər yersiz melumatlar üreyimi üzdü. Romanı bitsin deye gücle oxudum sebrimi tüketdi. 60 sehifeye yaxın kanalizasiya tesvirleri, monastr həyatı, xristian teriqətləri ilə bağlı uzun uzadı, cansıxıcı melumatlar, (halbuki, Dostoyevskiden monastr , kilse, dini teriqetlerle haqqında oxumaq ne qeder maraqlıdır) , Vaterlo döyüşü ile baglı ürekçekici tesviler mene
Savaş ve Barış (2 Cilt Takım)
Savaş ve Barış (2 Cilt Takım)
romanını xatırlatdı. Hüqodan fərqli olaraq Tolstoy Vaterlonu, Napelon ve müttefiqler arasindaki mübarizeni daha axıcı, melumatlandırıcı şekilde oxucuya teqdim. Səfillər bəlkə də romantizm üslubunda yazıldığı üçün oxunması yorucu oldu. Romanda en çox meni bezdiren ise obrazlarin siçan-pişik oyunu oldu. Hüqo sanki Fransada başqa insan yox imiş kimi Jan Valjanı her defe fırladıb Tenardiye ve Javerin eline salir. 1700 sehifelik bir kitabda düşünün ki heç bir obraz mene dolğun, real, semimi, heyatdan alınmış kimi görünmedi. Romantizim bele bir cenceledir. Fikrimce Sefiller konkret bir cografiya üçün ve konkret bir dövr üçün yazılmış eserdir.
Sefiller (2 Cilt Takım)
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202487.8k okunma
243 syf.
8/10 puan verdi
·
Read in 30 hours
Romanda qumarbaz bir insanın psixologiyası, hissləri, qumar ehval- ruhiyyəsi olduqca real tesvir edilib. Əsrərdə qumar oyunlarının bu qədər canlı ifade olunmasi təkcə yazarın yaradıclıq tecrubesi ile bagli deyil, bu hem de ona göredir ki,
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
özü de bir vaxtlar qumar oynayıb. O, oyunda itirmeyin ve qazanmağın oyunçunun xarakterinə nece tesir etdiyini olduqca eylenceli axici bir dil ile tesvir edir. Əsəri ilk oxuyarkən bize ele gelir ki qumarbaz Alekseyidir, lakin hadisələr irəlilədikcə qumar aludəçisi kimi 75 yaşlı nene ortaya çıxır) . Romanda rulet oyunları ile yanaşı sevgi intriqaları da olduqca maraqldir. Alikseyin Polinaya olan qarşılıqsız ehtirasli sevgisi ve Generalın Madmazel Blanşeye olan mehebbeti bize gösterir ki her iki aşiqin sevgisi qumardan daha təhlükeli ve mehvedicidir.
Kumarbaz
KumarbazFyodor Dostoyevski · İletişim Yayıncılık · 202069.1k okunma

Reader Follow Recommendations

See All
128 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
Gözlərindən öpərəm,dodaqlarindan sənin, Şirin sözlər asaram qulaqlarindan sənin, Saçini oğurlayıb daraqlarindan sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandiraram gecələr, galirsənmi yoxlaram... Çağdaş Azərbaycan poeziyasının ən çox sevilən şairlərindən biridir Qismət.
Qumru Əlifbası
Qumru Əlifbası
kitabında şairin seçilmiş müxtəlif illərdə yazdığı,
Qumru Əlifbası
Qumru ƏlifbasıQismət Rüstəmov · Qanun Nəşriyyatı · 20205 okunma
398 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 28 days
Karl Saqanın Kosmos kitabınıda kainatla, günəş sistemi , yer küresi və digər planetlərin oxşar fərli cəhətləri, kosmosun yaranma tarixi, başqa dünyalarda həyatın olub-olmaması ilə bagli elmi məlumatlar yer alır. “Büyük Patlama aninda kosullar nasilda? Ondan önce ne olmustu? Maddeden yoksun küçücük bir even vard da, ardindan madde birden hiç yoktan mi yaratildi? Bu nasil oldu?”
Kozmos - Evrenin ve Yaşamın Sırları
Kozmos - Evrenin ve Yaşamın Sırları
elmi janrda yazılsa da dili olduqca sadədir. Bu kitabdakı məlumatlar təkcə astranomiya elmi ilə məhdudlaşmır.
Carl Sagan
Carl Sagan
oxuculara kaniantin tarixi ilə yanaşı biologiya, kimya, fizika, fəlsəfə, siyasət, tarix, astralogiya, mifologiya, alimlərin filosofların bioqrafiyası ilə bağlı maraqlı məlumatlar verir.
Kozmos - Evrenin ve Yaşamın Sırları
Kozmos - Evrenin ve Yaşamın SırlarıCarl Sagan · Altın Kitaplar · 20225.5k okunma
Reklam
502 syf.
8/10 puan verdi
·
Read in 11 days
Durgun Don
Durgun Don
epopeyası 4 ciddən ibarət siyasi mövzulu əsərdir. Həcminə görə və sosializm mövzulu olmasına görə oxumağı ertələdiyim kitablardan biridir
Durgun Don
Durgun Don
Nəhayət birinci cildi bitdirim. Gözlədiyim qədər çox ağır bir dili yoxdur .
Mihail Şolohov
Mihail Şolohov
müharibəni, 20ci əsrin əvvəllərində bolşevik hərakatını, işçi sahibkar arasındakı sinfi mübarizəni kazakların həyatı, məişəti, sevgi macərəları ilə birlikdə təsvir edir. Bu isə kitabı daha oxunaqlı edib.
Durgun Don
Durgun DonMihail Şolohov · Sosyal Yayınlar · 19651,377 okunma
120 syf.
·
Not rated
·
Read in 32 hours
Kitab İkinci Dünya müharibəsindən evinə qayıdan bir əsgərin müharibədən sonrakı həyatından bəhs edir. Pyesdə
Wolfgang Borchert
Wolfgang Borchert
oxucuya müahribədən sonra bağlı qapılar arxasında qalanaların həyatını olduqca təsirli bir dillə təsvir edir. Müharibədən qayıdan Bekmen üçün həyat daha əvvəlki kimi deyil, getdiyi bütün qapılar onun üzünə bağlıdır, arvadı başqa biri ilə ailə qurub, ata-anası vəfat edib, heç bir yerde iş tapa bilmir. Vaxtı ilə onu müharibəyə göndərən, işğal və hərb planları quran generallar, hakimlər, siyasətçilər, zəfər nəğmələri oxuyan xalq indi qapıları içəridən bərk bağlayıb və müharibədə həyatı məhv olan bütün gənclər o qapıların arxasında ölümə tərk edilib.
Kapıların Dışında
Kapıların DışındaWolfgang Borchert · Can Yayınları · 20216.3k okunma
688 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 62 days
Mağara resimlerinden günümüzedek sənətin keçdiyi yol
Sanatın Öyküsü
Sanatın Öyküsü
Son zamanlarda oxuduğum ən faydalı kitabdır. Sənətlə bağlı yazılmış bu əsərdə mağara rəsimlərindən günümüzədək sənətin keçdiyi yol xronoloji ardıcıllıqla verilib. Tarix dəyişdikcə insanların yaşam şərtlərinə görə sənətə münasibətləri də zaman içərisində fərqli yönlərdə olub. Kitabda antik sənət, ellinistik sənət, qotik üslub, renessans sənəti , barok üslubu, neo-klassizim, impressionizm, kubizim, sürrealizm cərəyanlarının hər biri yaranmalarına səbəb olan tarixi hadisələrin inkişafı fonunda və müəllifin seçdiyi müxtəlif rəsm və memarlıq nümunələri ilə teqdim olunur.
Sanatın Öyküsü
Sanatın Öyküsü
hər nə qədər akademik bir kitab olsa da səhifələrindəki rəngbərəng şəkilləri, sadə yazı dili ilə olduqca oxunaqlıdır. Eger bir muzeyde, sergide, kilsədə və s. sənət nümunələrinə baxıb keçmek yerinə onları anlamaq istəyirsinizsə mütəq bu kitabı oxumalısınız.
Sanatın Öyküsü
Sanatın ÖyküsüE. H. Gombrich · Remzi Kitabevi · 2017904 okunma
229 syf.
8/10 puan verdi
·
Read in 21 days
Mənə Azərbaycan ədəbiyyatından nə oxuyaq suali veriləndə hər zaman ilk adını çəkdiyim yazar Elçin olur. Onun istər nəsr istərsə də dram əsərlərini çox sevdiyim üçün bu kitabı da oxumağı qərara aldım.Tələbəlik illərindən bəri Elçin oxuduğu Latın Amerikası, Avropa, Rusiya, Türkiyə, Çin və s. ölkələrin bədii yaradıcılığına dair düşüncələrini bu kitabda qısa qeydlər şəklində ifadə edib. Bu qeydlərdə Elçinin öz müasirlərinin yaradıcılığına dair demək olar ki heç bir münasibətinin olmaması diqqətimi çəkdi. Kitabda Azərbaycan dramaturgiyasına dair çox az sayda qeyd var Azərbaycan nəsri haqqinda isə ümumiyyətlə heç bir yazı yoxdur.
Edebi Düşünceler
Edebi Düşünceler
qeydlər daha çox Rus ədəbiyyatı ilə bağlıdır. Tolstoy, Şekspir və Çexov adı kitabda dəfələrlə çekillir və bəzən bu təkrarçılıq oxucunu yorur. Hər nə qədər Tolstoyu sevsəm də bir kitabda bu qədər çox Tolstoy və Karenina adlarını görmək məni darıxdırdı. Bütün bunlara rəğmən kitabı bəyəndim və oxunmağa dəyər.
Edebi Düşünceler
Edebi DüşüncelerElçin · Da Yayınları · 20039 okunma
285 syf.
8/10 puan verdi
·
Read in 6 days
Üçcildlik “Azərbaycan sevgi poeziyası” kitabları arasında menim en çox beyendiyim kitab bu ikinci cilddir. Kitabı bir neçe defe oxumağıma baxmayaraq her defe ilk defeki kimi xoş təəsürat yaradır. Bu cilddə Ənvər Əlibəyli, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Şəhriyar və başqa şairlərimizin ən gözəl lirik şeirləri toplanıb. Digər iki cildlə müqaisədə burada qəzəl janrina aid çox az nümunə nümunə verilib və şeirlərin əksəriyyətinin dili asan və yaddaqalandır.
Azərbaycan Sevgi Poeziyası 2.Cild
Azərbaycan Sevgi Poeziyası 2.CildHamlet İsahanlı · Bakı, Xəzər Universitəsi Nəşriyyatı · 200911 okunma
Reklam
216 syf.
·
Not rated
·
Read in 21 hours
Fəlsəfi kədərin poeziyası
Səndən yenə qar yağır. Yenə sazaq dolu sinəndən şaxtalı sözlər, qırovlu ahlar, buz bağlamış gülüşlər çıxır. Ölüm qat-qat istidir səndən... Vaqif yaradıcılığı ənənəvi şeirdən janrı, mövzusu, heyata baxışı ilə fərqənən bir poeziyadır. Bu poeziya sərbəst düşüncənin məhsuludur və klassik təşbehlər, metaforlara rast gəlinmir. Kitabdan seçdiyim bir nümunədə bunu görmək olar: Aya baxıram, üzü ləkə-ləkə. Rentgendə görünən vərəmli ciyər təki. Ədəbiyyatdaki əzəmətli , nurlu Ay obrazında burada əsər qalmayıb, şair Ayı vərəmli ciyərə bənzətməklə onun bütün gözəllik etiketlərini mehv edin.
Sandıq Şeirləri
Sandıq Şeirləri
kitabında toplanan şeirlər Vaqifin yaşlı vaxtlarında yazıldığı şeirlər oldugu üçün bu şeirlərdədaha çox pessimist, dünyada yaşamaqdan yorulmuş ölümü arayan, ona qovuşmağa tələsən şair görürük. Lakin bu şeirlərdəki ölüm qorxulu bir məvhum deyil, əbıdi rahatlığın tək çarəsidir. Hər uca bir dağın dərin Dərəsi var, deyiblər. Ölümdən başqa hər dərdin, Çarəsi var, deyiblər... Bəlkə də hər uca dağın Zirvəsi dərəsidir, Bəlkə də ölümün özü hər dərdin çarəsidir... Şeirlərindəki pessimizmə, kədərə rəğmən fəlsəfi üslubu ilə insanı dünyadan ayıran Vaqif şeirləri oxunmağa dəyər bir poeziyadır . Yer üzünün məscidlərində, kilsələrində neçə milyard şam yanır hər gün? Amma yenə hər yan qaranlıq...
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201635 okunma
289 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 20 days
Bəzi kitablar var ki, düşüncələrimizə, qərarlarımıza, həyat tərzimizə təsirli olur. Bertran Rassel kitabları bu qəbildəndir və kitablarinin hər bir sətri sitata ola bilər.
Sorgulayan Denemeler
Sorgulayan Denemeler
kitabında ədibin din, fəlsəfə, təhsil, psixologiya, siyasət və s. baglı esseləri yer alıb. Rassel xoşbəxt insan həyati, ideal cəmiyyətdə yaşamagin başlıca şərti olaraq şübhəciliyi vacib sayir. Cəmiyyətdəki bütün sinfi bərabərsizliyin, müharibələrin, əxlaqsizligin əsasında inancın dayandığını irəli sürür. İnsanların dini, siyasi, əxlaqi dəyərləri kor koronə qəbul edib və dogruluguna heç bir sübut olmayan bu dəyərləri başqalarina da diqtə etməyə davam etdiyi müddətcə dünyada bərabərlik, demokratiya sadəcə söz olaraq qalacaq. “Eğer insanlar bir başkasının mutsuzluğu peşinde koşmak yerine kendi mutluluklarının peşine düşmeyi öğrenirlerse, bu beklenti hemen yarın gerçekleşebilir.” Kitabı fəlsəfə ilə marqalanan oxucular oxusa daha yaxşı olar, əks halda bəzi bölmələri anlamayib tez tez fəlsəfə lugətinə və ya internet məqalələrinə baxmaq lazim olacaq. Fikrimcə Bu kitabı oxumazdan fəlsəfəyə giriş və fəlsəfə tarixi ilə bagli kitablar oxumaq lazimdir.
Sorgulayan Denemeler
Sorgulayan DenemelerBertrand Russell · Tübitak Yayınları · 01,256 okunma
288 syf.
7/10 puan verdi
·
Read in 3 days
Tarixçi akdademik İlber Ortaylının tv programlarındakı çıxışları, müsahibələrində genclərə verdiyi tövsiyyələr her zaman diqqetimi çekib. Buna göre de kitab neşr olunan ilden beri oxu siyahima elave etmişdim. Bu kitabda toplanmış müsahibelerde bir insan ömrünü daha deyerli yaşamaq üçün nece heyat terzi seçmelidir, hansi kitabları oxumalı, hansi şeherleri gezmeli, hansı hobbileri olmalıdır, bunlarla bağlı İlber hocanın 70 illik həyat tecrubələri yer alıb. İlbər hocanın öyüdləri öz həyat tərzimə yaxın olduğu üçün kitabı bəyəndim. Xüsusilə də səyahət , hobbilər və kitablarla bağlı bölmeni daha çox bəyəndim. Fikrimcə bu kitab 20 yaşa qədər oxunmalıdır. Mən oxumaqda gecikdiyimi hiss etdim.
Bir Ömür Nasıl Yaşanır?
Bir Ömür Nasıl Yaşanır?İlber Ortaylı · Kronik Kitap · 202055.5k okunma
637 syf.
7/10 puan verdi
Tolstoydan oxuduğum 5-ci kitabdır və mənə onun digər bütün romanlarının xülasəsi kimi göründü. Tolstoyun "İnsanı yaşadan nədir", "Etiraflarım" adlı əsərlərində olduğu kimi bu romanda da nə üçün yaşayırıq sualına cavab axtarılır. Romanda baş qəhrəmanı Nexyudovun həyat hekayəsi, Katyuşaya olan sevgisi, XIX əsr Çar Rusiyasında cəmiyyət həyatı, sosial münasibətlər, məhkəmlərdəki ədalətsizlik, kəndli və sahibkar münasibətləri, və s. yer alıb. Nexlydova görə cəmiyyətəki bütün əyriliklərin, ədalətsizliyimn əsasında insanların sinifi bərabərsizliyi dayanır. Hər kəs eyni hüquqlara malik olarsa, bir birlərinin səhvlərinin cəzalandırmaq yerinə bağışlamağı seçərsə o zaman həyat gözəl, və dünya yaşamağa dəyər bir yer olar. Nexlydova görə cəmiyyətdə pis və ya yaxşı bir insan yoxdur, hər kəsin yaşadığı həyat tərzi onun xarakterini formalaşdırır. Tolsoyun əsərdə Rusiyada yaşanılan dinin həqiqi xristianlıqdan uzaq bir din olduğunu bildirir və kilsənin adətlərinin təhqir edir, onları mənasız absurd inanclar hesab edir. Din əleyhinə fikirlərinə görə kilsə tərəfindən aforiz edilsə də mənim fikrimcə, o, İncilə inanan həqiqi bir xristian idi və rahiblərin, keşişlərin. din xadimlərinin öz mənəfəətləri uğruna dində olmayan inancları təbliğ etmələrinə qarşı idi. Roman İncildən seçilmiş ayələrlə bitir : "İlahi səltənəti və onun həqiqətlərini axtarın, o zaman qalan şeylər sizə müyəssər olar. Ancaq biz əvvəlcə qalan şeyləri axtarırıq və aydındır ki tapmırıq".
Diriliş
DirilişLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202117.4k okunma