Biz dərdimizi kitablara danışa bilərik, onlardan məsləhət almaq mümkündür. Onlar bizi keçmişə qaytara, itirdiklərimizi geri verə və gələcəyimizi qura bilərlər.
Yalnız ölüm faktı bizi həyatın mənası barədə dərindən düşünməyə vadar edir.
Həyat ölümün fonunda məna qazanır, dəyərə minir. Hər şeyin əvvəli sonu ilə əlaqəlidir. Əgər son olmasaydı,əvvəlin də mənası qalmazdı. Həyat bitməz olsaydı, ona diqqət etməzdik, mənasız gələrdi bizə.
Anlayırdı ki, bir insanı nə zamandan bəri tanımağın mühüm deyil. Əgər o adamı unuda bilmirsənsə , onun üçün darıxırsansa , deməli o artıq sənin qəlbində özünə yer etmiş , ruhunun dərinliklərinə vara bilmişdir. Bunun üçün bəzən bir həftə, bir neçə gün belə kifayətdir.
Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil.Bəziləri bizə dərs vermək üçün , bəziləri bizim dərs verməyimiz üçün ,bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hər ikisi bir adamda cəm olur. Sadəcə biz çalışmalıyıq ki, birini digəri ilə səhv salmayaq.