sahib şahverdiyev

sahib şahverdiyev
@_axilles_
Bakı
15 Kasım 1996
21 okur puanı
Nisan 2021 tarihinde katıldı

sahib şahverdiyev

, bir kitap okudu
Puan vermedi·320 syf.·
2021 27. kitabı
Elhan Elatlı
8.3/10 · 610 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Birdə başdan başlayaq...Və sən doğulacaqsan... Çılpaq bir bədən...Beli bükük... Şişmiş, qırışmış bir üz... Gözlərin və əllərin bağlı halda... Heçkimi görmür, eşitmir, danışa bilmirdin... Başının üstündə nə qədər insan...Sən isə heçkimi tanımırsan...Sevinc göz yaşları...Elə sən də ağlayaraq salam verdin həm onlara,həmdəki bu dünyaya...Sonra yudular, ağ bir əskiyə bükdülər...Saniyələr,dəqiqələr,saatlar bir-birini əvəz etdikcə böyüyürdün... Artıq bir neçə ay keçmişdi, dişlərin çıxmışdı,iməkləyərək hərəkət edirdin...Bir müddət sonra yıxıla-yıxıla da olsa iki ayağının üstündə dayana bilmişdin...Dizlərinə güc, ürəyinə qüvvət gəlmişdi... Danışır, görür, eşidə bilirdin...Dərk edə bilirdin həyatı, yaşayırdın... Ömrün uzun bir yol idi sanki,səndə bir yolçu...Kimlərsə səni sevdi,kimlərisə sən sevdin...Bəziləri dostun,bəziləri düşmənin oldu...Hərdən də əksinə...Sevincli, kədərli anlara şahid oldun...İtirirdin, qazanırdın... Ağlayaraq və gülərək...Bir gün sən özündə valideyn oldun...Sənin yaşadıqlarını yaşaya-yaşaya övladlarında böyüdü... Qayğılar, arzular, ümidlər...Yaşlandin deyəsən?! Nə tez?! Axı bayaq doğulmuşdun...Zorla atırsan indi addımlarını, ayaqların əsir elə bil... Dişlərin çoxdan tökülüb...Heç kimi,heç nəyi seçə bilmir gözlərin, qulaqlarında eşitmir...Bir kəlməni deməyə cəsarəti çatmır dilinin... Çölə çıxıb sərbəst halda iki ayağının üstündə gəzə bilmirsən... Bütün həyatın, uşaqlığın,yaşadıqların keçir gözlərinin önündən...Bütün ömrün göz yaşı olub yanaqlarından iz qoyaraq axır...Birdə başdan başlayaq... Çılpaq bir bədən...Beli bükük... Şişmiş, qırışmış bir üz... Gözlərin və əllərin bağlı halda... Heçkimi görmür, eşitmir danışa bilmirsən...Başının üstündə nə qədər insan...Kədər, göz yaşları...Elə ağlayaraq "sağol" de, həm onlara, həmdə ki bu dünyaya...Sonra yuyacaqlar,
Öz yalanını demək başqasının doğrusunu deməkdən yaxşıdı...birinci halda sən insansan ikinci halda sənin tutuquşudan heç bir fərqin yoxdur