Lamiyə Atayeva

100 syf.
2/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Bu ilin 4cü kitabını bitirdim. Amma heç sevmədim Kitabın arxasında yazılıb ki, guyaaa gözəl bir sevgi hekayətidir 90 yaşlı kişinin 14-15 yaşlı qıza olan "sevgisi" sevgi demək olarsa buna Nəysə heç sevmədim
Hüzünlü Fahişələrim
Hüzünlü FahişələrimGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 201721bin okunma
Reklam
361 syf.
8/10 puan verdi
·
Beğendi
·
105 günde okudu
Külleri bitirdim. Kitab mənim sevə biləcəyim bir tərzdə idi. Elektromaqnit dalğa sonrası bütün telefonlar, planşetlər, maşınlar işləmir, işıqlar kəsilir falan filan. İnsanların da bir hissəsi zombiyə çevrilir. Kitabda iyrənc qanlı səhnələr filan var əgər bu tip səhnələr sizi narahat edirsə, oxumağınızı tövsiyə etmirəm. Məni o qədər də narahat etmədi düzü. Ümumi olaraq kitab insanı gərgin saxlayır. Bəzən gecələr oxuyandan sonra azacıq qorxdum da. Amma təbii ki, qorxu deyil. Fantastik gerilim demək olar. Xoşuma gəlməyən tərəflər Alex-in aşkları idi. Dünyanın sonudu ne aşkı kardeşim demədən dayana bilmədim kitabı oxuyanda. Öz də 1 nəfərə yox 2 nəfərə. Nəysə... Kitabda çox şey yarımçıq qaldı. Onu da 4 kitablıq seriyanın ilk kitabı olması ilə əlaqələndirirəm. Belə ümumi olaraq bəyəndim. Bu tərz kitabları sevirsizsə məncə oxumağa dəyər. Küller Gölgeler ilə davam edir... P.S. Spoiler vermədən fikir bildirmək çox çətindir
Küller
KüllerIlsa J. Bick · Dex Yayınevi · 2011243 okunma
244 syf.
7/10 puan verdi
·
Beğendi
·
93 günde okudu
Kitab mənim oxuma zövqümə uyğun olmasa belə bəyəndim. Bəlkə də keçən il oxuyub bitirmiş olsaydım bu qədər bəyənməzdim. Amma bu il keçirdiyim göz əməliyyatı sonrasında çox narahatlıqlar keçirdim hələ də keçirirəm və bu kitab mənə ürək dirək verdi desəm yeridir. Oxuduğum kitabda da yazar 20li yaşlarında keçirdiyi ağır depressiya və bu zaman hiss etdikləri, beyninin ona oynadığı oyunlar, narahatlıqları, qorxuları və s. haqqında yazır. Və bu da insana "həə mən tək deyiləm" hissi verir. Sonda bundan qurtulmaq və ya bu duyğularla necə başa çıxmaq olar o haqda da məlumat verir yazar. Məncə səmimi yazılmış kitabdı, çünki demək olar, ancaq öz təcrübələrinə əsaslanıb yazıb. Sonda deyəcəyim odur ki, əgər mənim kimi özünüinkişaf filan kimi kitablar oxumaq ürəyinizi sıxırsa və depressiyada deyilsizsə, bu kitab sizə ekstra sıxıcı gələ bilər. Amma əgər depressifsizsə, bu kitab sizə yol yoldaşı ola bilər.
Sağ Qalmaq Üçün Səbəblər
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20181,119 okunma

Okur Takip Önerileri

Tümünü Gör
95 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Oxudum bitirdim Çoox gözəl idi İnsan Pollyannanı oxuyanda çox xoşbəxt olur. Mövzulara başqa tərəfdən, daha müsbət tərəfdən baxmağı öyrənir. Məncə başucu kitabları olmalıdı Pollyanna seriyası Moodun mu düşdü aç bir Pollyanna oxu
Pollyanna Evleniyor
Pollyanna EvleniyorEleanor H. Porter · Zuhal Yayınları · 19689 okunma
216 syf.
·
Puan vermedi
·
Beğendi
·
42 günde okudu
Oxudum bitirdim. Bəyəndim bəzi bəyənmədiyim nüanslar var idi düzdü amma ümumilikdə bəyəndim. Hadisələr 3amerikalı kişinin qadınlar ölkəsinə gəlməsi ilə başlayır. Bu ölkədə heç kişi yoxdur ancaq qadınlardır və doğulan uşaqlar da ancaq qız uşaqlarıdı. Kitab bizə qadınlar ölkəsini onların mədəniyyətini, tarixini, dini inanclarını filan izah edir. Və bunu bizim dünyamızla müqayisə edərək edir. Bu halda bizim dünyamızda uşaqların böyüdülməsinə, tərbiyəsinə, təhsilinə, inkişafına necə laqeyd yanaşıldığı, dünyada xəstəliklərin artımını, müharibələrin fəsadlarını filan daha yaxşı anlayır insan. Əslində yazacaq çox şey var kitabla bağlı amma özünüz oxusaz daha yaxşı olar 209 səhifədi sadəcə. Kitabları oxuyanda insan görəsən sonu necə olacaq deyə düşünür bu kitabda amma gedişat o qədər zövq verdi ki son səhifəyə qədər gırəsən bunun sonu necə bitəcək deyə düşünmədim. Sonda sevmədiyim isə o qədər ağıllı qadının Terry kimi birisinin sözünə güvənmələri idi.
Kadınlar Ülkesi
Kadınlar ÜlkesiCharlotte Perkins Gilman · İthaki Yayınları · 201812,5bin okunma
Reklam