İnsanın gözləri qəlbinin tərcümanıdır.
Dil çox şey danışa bilər-yalan da, həqiqət də. Düşmənə-dost, yaxşıya-pis...Günəşli gündüzə-zülmət gecə...Bu, bir tikə sümüksüz ət parçası dil üçün asandır...
İlk dəfə qəlbən məhəbbət bəslədiyi bir qıza sirrini açmaq, ona "sevirəm" demək sizə asanmı gəlir? Bu bircə kəlməni dilə gətirmək üçün adamdan ikiqat cəsarət tələb olunur. Gəncliyin bundan da qorxulu imtahanı, bundan da çətin sınaq dəqiqələri varmı?)
İnsanın gözləri qəlbinin tərcümanıdır.
Dil çox şey danışa bilər- yalan da, həqiqət də. Düşmənə-dost, yaxşıya-pis... Günəşli gündüzə-zülmət gecə... Bu, bir tikə sümüksüz ət parçası dil üçün asandır.
Zatən, acı bir mətah dilin özünü yandırsa da, dildə ona şirindir demək, çətin deyil.
Lakin göz riyakarlıq bacarmır... O elə real bir ekrandır ki, ürəyin dəruni, mübhəm sirrlərinu olduğu təkin, düzgün əks etdirir, xislətini dəyişmək istəsə də, göz bacarmır, özünün lal, eşidilməz dili ilə anladır, həqiqəti biruzə verir...