Sabina Baghirova

172 syf.
9/10 puan verdi
Seçimlərin həyatımıza təsiri.
Kitab insanın azad seçimlərinin və ona öyrədilən qaydaların özü və cəmiyyətə təsirini göstərir. Bir şeyə məcbur buraxılaraq onu seçməklə doğru və yanlışın fərqində olub, yanlışları edə biləcək gücə malik olub, lakin o gücü cilovlaya biləcək qədər iradəli olmaq arasında qalmaq da bir seçimdir. Şiddətə şiddətlə cavab vermək bir maskalanma şəklidir. İnsanı dəyişən şeylərin ən başında gələn amil çevrədir. Və Pete-i dəyişdirənin olduğu kimi sevgidir. Ancaq bir şey də var ki, insan yalniz özü icazə verdiyi və istediyi halda dəyişə bilər. Əksi cəmiyyət tərəfindən qəbul edilmə istəyi, səmimiyyetsizlik və gözbağlamadan başqa bir şey deyildir.
Otomatik Portakal
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 200992,8bin okunma
Reklam
192 syf.
9/10 puan verdi
Bütün münasibətlər əslində zamandır. Hər gün sevdiyimiz insanla romantik münasibət, iş yerində və təhsil həyatımızda professional münasibət, ailə və dostlarımızla dostluq münasibətləri yaşayırıq və deməli onların xarakterimizin zamanla inkişafına ya tənəzzülünə icazə veririk. Özünü həmişə üzr istəyən obraz olaraq görürsən ? Ortaq qərarların verilməsi lazım olan anda istəklərindən vazkeçən tərəf sən olursan ? Kimsəyə lazım olmadığını düşündüyün anlar olur ? Bu kimi çox suallara nümunələrlə aydınlıq gətirilir kitabda. Təəssüf ki, ətrafımızda bizim enerjimizi, gücümüzü, özgüvənimizi əmən vampirlər- manipulyatorlar hər zaman var. Onları bəzən görmürük, bəzən də görməzdən gəlib düzələr, keçər deyirik. Özünü qınama, bu normaldır, heç bir şəkil yaxından tam görünmür. Mütləq bir yaxın köməyə ehtiyac duyulur belə anlarda. Bu kitab sizin bu mövzuda yaxınınız ola bilər. Münasibətlərini gözdən keçirmək üçün sən də oxumalısan.
Seni Yoran Her Şeyi Bırak - Duygusal Manipülasyondan Kurtulma ve Korunma Metotları
Seni Yoran Her Şeyi Bırak - Duygusal Manipülasyondan Kurtulma ve Korunma MetotlarıMüthiş Psikoloji · Destek Yayınları · 20223,465 okunma
200 syf.
9/10 puan verdi
Çox gözəl bir hekayə toplusu. İnsanın insana və sevgiyə möhtac olduğunu, başımıza gəlmiş və gələcək olanları sadəcə baxdığımız çərçivədən göründüyü kimi pis və ya yaxşı hadisələr olaraq sinifləndirməməli olduğumuzu, çünki hər an gözləntilərimizdən fərqli səbəb və nəticələrin ola biləcəyini öyrədir. Insan həyatda yalnız həqiqi gerçək rahatlığını vicdanını rahatlamaqla əldə edə bilər, bu birinə yaxşılıq, başqa birinə sədaqət, digərinə ölüm ayağında nəfəs verməklə təzahür etsə də, hamısının əsasında sevgi dayanır. Həyatdakı uğurlarımızı, torpaq, mal-mülkümüzü artırmağa çalışarkən, eyni zamanda əlimizdə olanlar üçün- rahatlığımız, yaxınlarımız, sağlamlığımız üçün daim şükr etməli olduğumuzu aşılayır. Ən əsası bu kitabı oxumaqla gələcəkdə övladlarımıza danışmaq üçün də hekayələr toplamış oluruq, həm də Tolstoy qələmindən, daha nə olsun :)
İnsanı Yaşadan Nədir
İnsanı Yaşadan NədirLev Tolstoy · Parlaq İmzalar · 0193,4bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
206 syf.
6/10 puan verdi
·
6 günde okudu
Bir detektiv janrı üçün proseslərin məntiqi ardıcıllığını zəif, ipuclarını yetərsiz, çox da düşünməyə vadar etməyən kitab olduğunu düşünsəm də, mövzusu maraqlıydı və ümumən axıcı hesab etmək olardı. Həyatda Qurban kimilər mütləq bumeranq effektiylə öz cəzalarına çatırlar, ancaq təəssüf ki, bunun cəzası vəhşi fərdlərin formalaşmasının yanında çox kiçik qalır.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015106 okunma
128 syf.
2/10 puan verdi
Kitabı oxudum, ancaq mənə bir şey qatdığını düşünmürəm. Gündəlik qarşımıza çıxa biləcək məlumatlar toplanaraq kitab halına salınıb və bilgi azlığı (yoxluğu) var. Oxumağı məsləhət görmürəm. Bu mövzuda çox daha yaxşı kitablar var.
Zihni Geliştirmenin 101 Yolu
Zihni Geliştirmenin 101 YoluRachel Walker · NTV · 20161,060 okunma