📌İmam Hüseynin(ə.s) elə bir xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər qalan heç bir Mə'sumda yoxdur:
✔Yeganə İmamdır ki, döyüş meydanında şəhid olmuşdur.
✔Yeganə İmamdır ki, təvəssül duasında ona "Ya Şəhid" deyərək xitab edilir; halbuki, bütün İmamlar(ə.s) şəhid olublar.
✔Yeganə İmamdir ki, sağlığında iki şəhid atası olmuşdur (Əli Əkbər və Əli Əsğər).
✔Yeganə İmamdır ki, dünyadan köçməyinin 40-cı günü (Ərbəini) ziyarət olaraq qeyd olunur.
✔Yeganə İmamdır ki, pak qəbri 10 dəfədən çox dağıdılıb ki, əlaməti qalmasın.
✔Yeganə İmamdır ki, dünyaya gəlməmişdən min illərlə öncə onun müsibətinə ağlamışlar.
✔Yeganə İmamdır ki, ona sağlığında əza məclisi tutulmuş və hətta uşaq ikən onun müsibətinə görə ağlamışlar.
✔Yeganə İmamdır ki, qüsulsuz və kəfənsiz dəfn edilib.
✔Yeganə İmamdır ki, mübarək başını bədənindən ayırıblar.
✔Yeganə İmamdır ki, nizədən, oxdan, qılıncdan və daş-qalaqdan yüzlərlə yara aldıqdan sonra şəhid edilmiş və susuz dodağından zərbətlənmişdir.
✔Yeganə İmamdır ki, şəhid edildikdən sonra ailəsini əsir götürmüşlər.
✔Yeganə İmamdır ki, atası, anası və 9 övladı Məsumdur.
✔Yeganə İmamdır ki, dünyaya gəldiyi ay heç bir şəhadət yoxdur və şəhid edildiyi ayda da heç bir mövlud yoxdur.
✔Yeganə İmamdır ki, altı aylığında dünyaya gəlmişdir.
✔Yeganə Məsum və yeganə İmamdır ki, qəbrinin torpağından şəfa məqsədi ilə yemek olar.
✔Yeganə İmamdır ki, hər il Ərbəində milyonlarla insan atası Əmirul-Muminun Əlinin(ə.s) Nəcəfdə mübarək və pak qəbrini ziyarət edib 80 km məsafəni Kərbəlaya piyada gedərək onun mübarək qəbrini ziyarət edirlər