İndisə sənə açacağım sirri yaxşıca dinlə. O çox sadədir: insan həqiqətləri yalnız qəlbiylə daha aydın şəkildə görə bilir, çünki gözlərlə heç bir vaxt əsl mahiyyəti görmək olmaz.
Siz qətiyyən mənim gülümə bənzəmirsiniz.Siz onun yanında bir heçsiniz! - o, qızılgüllərə baxaraq dedi. - Sizə heç kim sahiblənməyib, siz də heç kimə sahiblənməmisiniz. Tülkü mənimlə qarşılaşmadan öncə hansı vəziyyətdə idisə, siz indi həmin vəziyyətdəsiniz. Mənimlə qarşılaşmadan öncə o,yüz minlərlə başqa tülküdən heç bir şeylə fərqlənmirdi. Amma mən onunla dost oldum və o tülkü artıq başqa tülkülərə bənzəmir.