Azərbaycan dilində deyilir:
“Məndən incimə”
Poeziya dilində deyilir:
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: “Alacaqsan canımı”
Ruhum getsə, canım qalsa, incimə.
Heç bildinmi, səndən nələr çəkdi can?
Dərdlərindən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə...
Vahid Əziz