- Haman o, «bir də» dediyin sözün kölgəsində gizlənən ada and içə bilərsənmi?
- And içə bilərəm.
- Bacina xəbər verməyəcəyin üçün haman ada and içsən, mən də sənin bilmədiyin və mənim də sındıra bilməyəcəyim kamanın nə kimi bir kaman olduğunu sənə deyə bilərəm.
- Sizin canınıza and içirəm ki, mən bacıma xəbər verməyəcəyəm. Indi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır?
Vəliəhd bir az düşünərək:
- Gözəl Təliə, dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır, - dedi.
"Biz insanlar, sınırlarımızı bilmeden kendi aklımızı beğeniyoruz, öğrenmiyoruz, akıllanmıyoruz her şeyi anladığimiz zamanda genellikle iş işten geçmiş oluyor. "