İndi fikirləşirəm ki, sonsuzluğa inamı itirmək, hər şeyin bir göz qırpımında yox ola biləcəyini bilmək vacibdir. Biz isə bu nəticəni çıxartmadıq, qaldığımız yerdən davam etdik.
Bir dəfə azdım. Altı, ya da yeddi yaşındaydım. Ağlım başqa yerdəydi, bir də gördüm atamla anamı itirmişəm. Qorxdum, amma sonra yolu tapdım və evə onlardan qabaq çatdım. Ümidsizlik içində məni axtarırdılar. Amma, məncə, o axşam onlar azmışdı. Mən evə necə qayıtmaq lazım olduğunu bilirdim, amma onlar bilmirdi.