admiral914

admiral914
@admiral9141
Sıkı Okur
☆ ☆ Düşündüğün bir şeyi unutabilirsin, inandığın yol unutulmaz. ☆ ☆ ☆ ☆
64 syf.
9/10 puan verdi
·
2 saatte okudu
Səni səsli dinlədiyimə görə o qədər xoşbəxtəm ki.. İsmet Numanoğlu səsləndirməsi ilə (həyatımda qulaq asdığım ən mükəmməl səsləndirmə idi)kitabın özündə birləşdirdiyi onca dərin mövzu daha da möhtəşəm oldu.
Bir Delinin Hatıra Defteri
Bir Delinin Hatıra DefteriNikolay Gogol · İlgi Kültür Sanat Yayınları · 20189,9bin okunma
Reklam
468 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Uzun müddət idi ki, mənə bu qədər təsir edən, məni içərisinə çəkib qəhrəmanlarıyla, hadisələriylə bu qədər empatiya qurduğum kitab olmamışdı. Məncə kitabın mövzusu nə üz qabığı nə də adı ilə uyğunlaşmır. Bu kitab tamamilə başqa bir aləmdir. Kitab XX əsrin əvvəllərində 1 yox bir çox təbəqədən qadının həyatda öz yerini tapmaq hekayəsidir. Zənci qadın, dul qadın, ailəsinin ləkəsini daşıyan qadın, zərif olması gözlənilən qadın, döyülən qadın, kişi kimi qadın, fiziki qüsurlarından utanan qadın.. Feminizm temalı kitablarda qadınların güclü olması fikrimcə çox yanlış yollarla anlatılır, mən belə yazıları oxuyanda əlimə qadınlara qarşı olan münasibətlərdən diksinməkdən, gücsüzlüyümü hiss etməkdən başqa heç nə keçmir. Amma bu kitab bir başqa idi. Üstəlik kitabın ana teması nə eşq deyil nədə ki feminizm.. Kitabın mövzusu kitablardır. Nəinki qadınların , cəmiyətin böyük qisminin kitab oxumasına pis yanaşılan bir dövrdən söhbət gedir. 5 qadının onlardan nifrət edən insanlara oxumağı sevdirmək üçün çalışması. Hər bir qadın mənə öz əzmləri ilə o qədər ilham verdi ki.. Ola bilsin ki çox uzatdım. Hər kəsə belə təsir etməyə də bilər. Kaşki hər kəs oxusa.
O Yıldızın Altında
O Yıldızın AltındaJojo Moyes · Dex Yayınevi · 2020388 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Kitabı çoxdan oxuyub bitirmiş olsam da rəyini indi yazıram. Deməli kitab dedektiv-psixoloji roman janrındadır. Baş qəhrəmanımız Şon Onil öz bölgəsində adını eşitdirmiş profesional dedektivdir. Arthur Conan Doylun Sherlocku ,Agathanın Poirotu necədirsə , Rövşənin Şon Onili də elədir. Bu dedektivimizin gələcəktə başqa məcəralarını da oxumağı çox istiyərəm. Deməli əlimizdə silsilə qətllər var və Şon Onil bir-biri ilə heç bir bağlantısı olmayan və hər biri digərindən qəribə halda işlənmiş cinayətlər üzərində iş aparır. İndiyə qədər çox da fazla cinayət temalı roman oxumamış olsam da ciddən cinayətlərin ayrıntıları çox profesionalca yazılıb. Bu cəhətdən yazarı alqışlayıram. Cinayəti açmaqda Şon Onilə Erin Parker əməkdaşlıq edir. Erin cinayətkarın psixologiyasını anlamaq üzrə bir çox tədqiqatlar aparır. Belə danışanda kitab çox sadə görünür. Adam deyir elə bütün dedektiv kinoları kimidir. Amma inanın oxuyan hərkəsi sonunda məəttəl qoya biləcək məncə. Üstəlik yazarın yazım stili bu kitabda da özünü göstərir, kitabda romantika, psixologiya, dram, hələ Şon Onilin məni güldürən fantastik zarafatları, cinayət, mifologiya, dinlər hər şey birləşib. Bu da bir kitabdan olan gözləntilərinizi kifayət qədər qarşılayar məncə. Fikrimcə Rövşən Abdullaoğlunun yazdığı ən yaxşı əsəri budur. Üstəlik özü də bir dəfə TV'də kitabın 2ci hissəsini yazacağını demişdi. Səbirsizliklə gözləyirəm.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023529 okunma

Okur Takip Önerileri

Tümünü Gör
56 syf.
10/10 puan verdi
Samed Bahrengi: İran azərbaycanlısı, hekayə yazarı, Türkiyədə adı hörmətlə anılan, bir çox insanın hekayələrinə aşina olduğu bir yazar. Hekayələrini "uşaq dili" ilə yazmasına baxmayaraq, oturub düşünəndə necə dərin mənaları bizə başa salmaq istədiyini görürük. Onun həyatı haqqında qısaca məlumatı aşağıya yazıram: Ne var ki kimilerince çocuk öyküleri olarak görülen bu yapıtlar kimilerince de İran ve diğer dünya halklarına, adalet, eşitlik, dogmayı sorgulama, direnebilme gibi öğütlerde bulunan metinlerdir. Zamanının Şah yönetimine karşı masal ve hikayeler yazarak karşı koymaya çalışmış, başkaldırmıştır. Yazar 1968'de, 29 yaşındayken, Azerbaycan'daki Aras nehrinde bir kaza sonucu öldü. Yüzerken boğulduğu söylentisi yayılsa da buna kimse inanmadı, çünkü Behrengi, yazdığı masallarla, ülkesinin başına çöreklenmiş Şahlık düzenini açıkça eleştiyor, her türlü baskı yönetimine karşı çıkıyordu. Bu yüzden suikaste uğradığı savlanagelmiştir. Keçək kitaba. Deməli bizim bir şaftalı ağacımız var. Digər ağaclar bol-bol bar verməsinə baxmayaraq bu ağacımız hər il çiçəkliyir, yarpaqlayır, amma meyvə vermək işinə gələndə solur, gedir. Və biz şaftalı ağacının dərdinin nə olduğunu elə məhz onun öz dilindən oxuyuruq. Bir toxumun, ağacın hisləri elə real yazılıb ki ,sanki yazar nə vaxtsa şaftalı ağacı olub:D sjsjsj Amma zarafat bir yana hər cümlənin içinə gizlənmiş necə gözəl nəsihətlər var idi.. Necə zərif yazılmışdı.. Sonu da bir o qədər təsirli idi. Məncə oxuyun, qəlbiniz "sıcacık" olsun))
Bir Şeftali Bin Şeftali
Bir Şeftali Bin ŞeftaliSamed Behrengi · Bilgi Yayınevi · 20148,6bin okunma
65 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Qəribə hislərlə bu incələməni yazmağa çalışacağam. İlk öncə deyim ki, əgər yazarın Martin Eden kitabını oxumağa risk edə bilməyənlər varsa-içi mən qarışıq-rahatca bu kitabdan başlaya bilərlər. Romantik kitabları çox sevmirəm və bu janrda kitabları çox da oxumamışam, amma əminəm ki Joe və Genevievein sevgisi indiyə qədər oxuduğum ən real sevgi idi. Real, bir o qədər zərif və qırılğandır. Real deyərkən nə həddən artıq dramatik, nə də həddən artıq mükəmməl olmayan sevgini nəzərdə tuturam. Nə desəm təsirsiz qalacaq hislərimin yanında. Bəzən kitabların xəyal dünyasına qapılıb gedirik, həyatın gerçəklərindən, ağrı acılarından uzaqlaşırıq sanki yoxmuş kimi. Həyatın gerçəklərini isə demək olar ki çox vaxt yalnız bioqrafiya tipli kitablarda oxuya bilirik. Amma bu kitab.. Nə deyə bilərəm ki.. Səhifə sayısı azdır, 1,5 saat içərisində rahatça oxuyub bitirə bilərsiniz. Bir kitabı bitirəndə o kitabın təsirindən çıxmayasınız deyə başqa bir kitab oxumağı istəməmək halı sizdə olub mu? Mən hal-hazırda beləyəm. Bu kitabı sindirmək lazımdır.
Oyun
OyunJack London · Yordam Edebiyat · 20191,400 okunma
Reklam
40 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.