Spoilersiz və oxuduğum zaman nə hiss etdiyimi yazmağa çalışacam. Kitab dedektiv və fantastik janrdadır. Oxuduğum heç bir kitaba bənzəmir sanki bir film izləyirdim. Yazıçı hadisələri o qədər gözəl tərənnüm edib ki, 458 səhifə olmağına baxmayaraq mənasız dərəcədə uzadıldığını düşünmürəm. Demək olar ki, temp düşmür hər dəfə maraqlı nəsə olur. Onun üçün də kitab qısa müddətdə oxuyub bitirilməlidir deyə düşünürəm. Hadisənin baş verdiyi zaman, geyimlər, məkanlar və personajların hər bir detalı çox məntiqli düşünülüb. Lakin, səbəbini anlamadığım halda sonu məni çox da həyəcanlandırmadı. Halbuki, gözlənilməz sonluqla bitdi. Fikrimcə hadisələrin tempi sonda qismən düşməsi ilə əlaqədardır.