Körpə ikən biz məsum varlıqlarıq, yazılmamış ağ lövhəyik, yalnız əsas şeylərə ehtiyacımız var: yemək, ifrazat, sevmək və sevilmək. Hər körpənin doğulduğu şəraitdən, böyüdüyü evdən asılı olaraq bu məqamda nəsə səhv ola bilər. Əzab verilən, təhqir olunan körpə heç vaxt qisas ala bilməz, çünki o, gücsüz, müdafiəsizdir. Lakin təxəyyülündə kinli fantaziyalar qura bilər. Qorxu kimi qəzəb də təbiət etibarilə reaktivdir.