İltifatlar deyinməkdən daha çox işə yarayır. Biz gördüyümüz işin qarşılığında iltifat eşidəndə daha çox iş görmək istəyirik və bu bizə daha çox motivasiya verir.
Təəssüv ki, sevginin əbədiliyi haqqında düşüncələrimiz xəyaldır, fakt deyil. Mərhum psixoloq Doroti Tennov uzun illər aşiq olmaq fenomenini araşdırıb. O, yüzlərlə cütlüyü araşdırandan sonra belə nəticəyə gəlib ki, sevginin ömrü iki ildir.