aisel

aisel
@aisel17
Bir insanın düşüncələri kainatda mövcud olan sonsuz hikmət dənizində bir damla kimidir
English teacher
Master degree
20 okur puanı
Haziran 2021 tarihinde katıldı
Günəş hər gün yanır. O, zamanı yandırır. Dünya dairə içində şütüyür və öz oxu ətrafında dönür. Zaman illəri və insanları yandırmaqla məşğuldur.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"Kitabı onun üz qabığı ilə mühakimə etməyin"
Sənin nə etdiyin əhəmiyyətli deyil, əhəmiyyətli olan sənin əlinin toxunduğu şeylərin əvvəlki formasını dəyişməsidir. Onlar daha əvvəlki kimi olmurlar, əlini çəkdikdən sonra da səndən bir parça daşıyırlar.
İnsanlar unutmamalıdırlar ki, yer üzərində onlara çox az yer ayrılıb, onlar təbiətin əhatəsində yaşayırlar və bu təbiət insana verdiyi hər bir şeyi bir gün geri ala bilər. İnsana onun hər şeyin hökmdarı olmadığını xatırlatmaq üçün bir nəfəsində və ya okeanın sularında bizi boğaraq yer üzündən silmək təbiətin əlində heç nədir.
Bəzi şeylər düzgün olmasa da, lakin bir çox şey olmalı olduğu kimi olacaq. Biz bu gün sadəcə gəzintiyə başlayacağıq və dünyanın bizim ətrafımızda gəzişməsi, bizimlə danışmasını görəcəyik. Bu dünyanı əsl olduğu kimi seyr edəcəyik. Mən indi hər şeyi görmək istəyirəm. Mənim gördüyüm şeylər hələ mənə mənsub olmasalar da, zamanla mən onlarla qarışacağam, onlar mənim olacaqlar. Dünyaya bir bax, qarşında duran dünyaya bax! İlahi! Sən ona həqiqətən toxunmağı bacardığın zaman, o sənin dərinliklərinə girəcək, sənin qanına qarışacaq və qanla birlikdə gün ərzində min dəfə daxilində dövr edəcək. Mənim bir barmağım artıq həqiqi dünyanın üzərindədir; bu, bir başlanğıcdır."