Rəssamın çəkdiyi tabloya indi diqqət etdi.
Heç nə.O, heç nə çəkməmişdi.
- Sən niyə heç bir şey çəkməmisən?
- Mən çəkmişəm, sən görmürsən.
- Nə çəkmisən?
- Heç nə.
- Axı "heç nə"ni çəkmək olmur.
- İnsanın çəkdiyi hər bir şəkil onun daxili aləmini əks etdirir.