Aytac

Aytac
@aitadj
APA/DİA~LLB
Baku
Baku
48 reader point
Joined on April 2021
Reklam
Mikayıl Müşfiq
Bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anım günüdür. Hörmətlə anırıq! 05.06.1908-06.01.1938 Qeyd edim ki, Mikayıl Müşfiq 1930-cu illərdə Sovet Sosialist Respublikaları İttifaqının müstəmləkə dövlətlərinin ictimai və siyasi xadimləri, yazıçı və şairlərinin əleyhinə yürütdüyü repressiya siyasətinin ən gənc qurbanlarından biri olmuşdur. Belə ki, özünün də şeirlərinin birində qeyd etdiyi kimi, “həyat eşqiylə dolu olan könlü”-nü dünyaya sığdıra bilməyib 29 yaşında əbədiyyətə qovuşmuş, lakin əvəzsiz yaradıcılığı ilə qəlblərdə kök salaraq yaddaşlardan silinməmişdir. Şeirlərinin mövzusu sadəcə həyat, sevgi, gözəllik olan şair yaradıcılığında mövcud quruluşa qarşı ifadələr səsləndirməkdə təqsirləndirilmiş və 1938-ci il yanvarın 6-da Nargin adasında amansızcasına güllələnmişdir. Şairin məzarının harada olduğu hələ də bilinmir. Sən də öl mənim kimi, Məzarın olsun ürəklər…🩶♾️
Başqalarının xoşbəxtliyi özü daha xoşbəxt ola bilməyənlərin sevincinə çevrilir...

Reader Follow Recommendations

See All
540 syf.
·
Not rated
"Kerri bacı" romanını Teador Drayzer yaradıcılığının şah əsəri adlandıra bilərik. Romanda həyatın dərinliklərinə varmamış, öz xəyal dünyasında kiçik ehtiyaclarının təmin edilməsindən hədsiz xoşbəxtlik duyan, pak ruhlu və bir o qədər gözəlliyinin fərqində olub bundan zövq alan gənc qız Kerrinin həyatı qələmə alınmışdır. Daim aşıb-daşan həyat sevgisi, kəşf etmək və yaşının ona təlqin etdiyi maddi nemətlərə çatmaq arzusu onun Çikaqoda qarşılaşdığı çətinliklərlə ziddiyyət təşkil edirdi. Belə ki, özünün verdiyi bütün qərarların doğruluğuna əmin olan bu gənc qız bir tərəfdən arzusunda olduğu həyata qovuşmaq həvəsi, digər tərəfdən hələ özünə belə doğru etiraf edə bilmədiyi duyğuların əsirinə çevrilərək həyat yolunda yeni cığırlar açmağa müvəffəq olur. Zaman və illər ərzində yaşadıqlarının ona öyrətdikləri Kerri üçün sonda əsl xoşbəxtliyin göstəricisi olur.
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014599 okunma
Özümüzə hiss etdiyimiz məhəbbət bizə başqasını nə cür qiymətləndirməyi, ondakı cəhətlərin hansını yaxşı, hansını pis hesab etməyi öyrədir.
Reklam
İnsanlar ümumiyyətlə sözlərə həddən artıq əhəmiyyət verirlər.Onlara elə gəlir ki, sanki sözlər böyük nəticələrə səbəb olur.Həqiqətdə isə sözlər, adətən, çox az inandırıcıdır. Onlar ancaq arxalarında gizlənmiş dərin, coşqun hiss və arzuları tutqun surətdə ifadə edir. Ürək isə ancaq dil ona mane olmadığı zaman qulaq asır.
138 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.