Bilən susur, susmayan bilmir Susub daxilimdə danışdım tükəndim
Gəlişlərdən zəhləm gedir Çünki hər gəlişin bir gedişi yoxdurmu?
Reklam
Səssiz sev
Elə bir varsan ki, həyatımda Yoxsan, yoxam Gözlərin səpələnib bu şəhərə İnanma mənə və... Və get bir gün Oyanıb tapa bilməyim üzünü Bir soyuq çay və siqaretdən sonra Gic bir gülümsəməylə Boynuma sənsizliyi keçirib asım özümü
Tez unudulan adamlar siyahısı
Sadəcə Elə gözəl ağlayırsan ki, Lap elə ölməyim gəlir...
Kəzzab
Aramızda bir qələmlik məsafə var əslində Təngi-nəfəs qaçdıqca uzaqlaşıram əksinə
bir az və sadə
Keçə bilərsən həyatımdan? Bir az və sadə. Susaraq
Reklam
Susacam
Rənglərimi itirmişəm elə bil Saatlarım sənsizliyə 5 dəqiqə işləyib Bu səhər bütün musiqiləri yandırmışam Susmuşam, susmuşam və susmuşam
Rənglər üsyanda
Of, bu neçənci yuxu oyanmadığım? Neçənci dəfə yoxsan? Unut demə, cəhənnəm ol "Bir ... deyil yaşamaq " Saralır ümidlərim Adını payız qoydum Sonuncu şeirimsən Bağladığım pəncərəmsən "Yaşamaq da bir ... deyil" Bu xaraba Qaraçı ümidlərimin sirdaşıdı Gəlməyəcəksən bilirəm Getmək ölməyin qardaşıdı
Yanlış anlaşılma (Tam şeir)
Bir gün, sevgili Söyəcəklər məni Deyəcəklər ki, belə şeir olar? Sən onlara de ki: "Eh, insanlar! Yanlış anlamısınız Bunlar şeir deyil O heç şair də deyil O heç yazmadı ki..."
Sayfa 18 - "Zero" nəşriyyatıKitabı okudu
Getmirəm, Bakı
Yox Bakı, bir az sev məni, bir az sığal çək saçlarıma Bakı, bir yer ayır mənə o əfsanələrində Tarixin dərinliklərində basdır adımı Yox Bir sevgilinin ovuclarında məhkum elə həqiqətimi Qırılsın ayrılıq sözümdən Parçalanan göyüzün Mən göyüzünün xəritəsini çəkirəm, Bakı Buludlardan bağçalar Yox Bakı, buraxa bilmərəm səni Bir az öldür sevgililəri Bir az yas Bir az da qatil olaq, Bakı?
78 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.