mən "tez unudulan insanlar" siyahısındanam intihar məktubu oxunmadan cırılan qarğışları sırğa edib qulağıma taxmışam amma mən sənin üçün bu şəhərdə ən çox darıxan adamam ölüb getməyim elə də narahat eləmir məni sevgili onsuzda mən, tez unudulanlardanam yaşasaydım əslində, bir-iki artıq nəfəsin ziyanı olmazdı sadəcə, elə gözəl ağlayırsan ki,  lap elə ölməyim gəlir. Ali Khayyam💎
Nağıllarım biri yox idi, biri yox idi Gecələrim buludlu, bir bəxt ulduzum da yox idi Şeirsiz gecələrdə çəkdiyim hər nəfəs, Tanrıma xərac idi Qibləyə səcdələr, Tanrıyla söhbətlər, irinli yaralarıma tək əlac idi... Ali Khayyam❤
Reklam
Hardansan?
Mən torpağını hələ də niyə itirdiyini bilməyənlərdənəm Ərəb dilində bir söz qanmadan, Quran oxuyanlardan Zərdüştün adını bilmədən, oddan tullananlardan Qızın atasından qızın öz hərisini alanlardan...
Sayfa 90 - ZeroKitabı okuyor
Biz doğmalardan uzaqda, Saçlarını zamanın tumarladıqları Biz,ürəyi parça-parça ayaqüstə Hər içkidə səbəbsiz darıxan Boşluqla baxışan və “Bir gün”lərə uşaq kimi inanan “Hər kəs”li şəhərin Tənha “heç kəs”ləri...
Sevgilim,dərinliklə alçaqlığın fərqi kimiyik...
Şeirləşmək əslində Uzandığımız tək nəfərlik yataqlara bənzər Nə sevişmək olar,nə də eninə yaşamaq Elə ancaq yatmaq,yatmaq,yatmaq...
Reklam
114 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.