"Şam yeməyinə düştük. Matilda çox gözəl idi. Heç vaxt olmadığı qədər gözəl. Gümrah, şən. Hamı ona baxırdı. Qadınlar çevrilib ona boylanır, kişilər mənə gülümsəyirdilər. Necə izah edim?..İşıq saçırdı... Dərisi, üzü, təbəssümü, saçları, hərəkətləri...İşığı tutur və inanılmaz zərifliklə əks etdirirdi. Bu həyat eşqi ilə zərifliyinin qarışığı idi və məni hələ də təəccübləndirirdi."