Alıyev Nicat

Alıyev Nicat
@aliyev888
DİA
Bakı
22 reader point
Joined on December 2022
560 syf.
·
Not rated
·
Read in 146 days
Millətlər Niyə Tənəzzül Edir
Daron Acemoğlunun və Ceyms A.Robinsonun birgə əl işi olan bu əsər müasir dünyanın sosial-iqtisadi keçmişini və bugününü anlamaq üçün mükəmməl bir bələdçi vasitədir. Kitabda hər bir fikir tam əsaslandırılır və mükəmməl müqasiyələr aparılır. Xüsusilə faktların bolluğu və hər bir lazımi situasiyanın qeyd olunması oxucuya fikrin daha aydın çatmasına şərait yaradır. Xülasə, inkluziv və ekstarktiv siyasi-iqtisadi instutları , “faydalı” və “qüsurlu” dövrələri və ən sonda tarixdə baş vermiş iri-xırda kritik dönüş nöqtələrini anlamaq və öyrənmək hazırki dünyanın niyə yoxsul və ya firavan olduğunu başa düşməyə imkan verir.
Millətlər Niyə Tənəzzül Edir?
Millətlər Niyə Tənəzzül Edir?James A. Robinson · Qanun Nəşriyyatı · 20182,748 okunma
Reklam
288 syf.
·
Not rated
·
Read in 39 days
Kitab 1995-ci ildən Türkiyənin Bilkent üniversitetində çalışan və Dünya- Avropa tarixi haqqında fantastik biliyə malik olan Norman Stone tərəfindən qələmə alınıb. Tarixin hər bir oyunlarını , bizə görünən amma dərinliyini bilmədiyimiz faktları çox yaxşı izad edib. Şotland yəni avropalı olan bu insanın öz dövlətinə və avropaya olan səmimi və yeri gələndə tənqidi baxışı məni təəccübləndirdi. Qısaca ,” Numan Mutlutürk” kitabı çox maraqlı yazıb.
İmparatorluk Oyunları
İmparatorluk OyunlarıNorman Stone · Ketebe Yayınları · 201845 okunma
184 syf.
·
Not rated
·
Read in 16 days
Rus geopolitika məktəbinin ən öndə gedən simalarından biri olan Aleksandr Duginin müəllifi olduğu bu kitab dəniz və quru mədəniyyəti haqqında çox dolğun bir açıqlama verir. Rusiyanın tarixi inkşaf xəttlərin tellürokratik və avrasyaçılıq aspektləri ən xırda detallarına qədər işlənilib. Ümumillikdə axıcılığa malik və maraq oyadan bir kitab oldu.
Dünya Adasında Son Savaş
Dünya Adasında Son SavaşAleksandr Dugin · Pınar Yayıncılık · 201919 okunma

Reader Follow Recommendations

See All
242 syf.
·
Not rated
·
Read in 27 hours
Kitab İsrailin keçmiş prezidenti Şimon Peres tərəfindən yazılmasına baxmayaraq , demək olar ki, hər bölmənin sonunda “Landau” adlı şəxs ilə tənqidi müsahibə də yer alır. David - Ben Qurinun uşaqlıq illərindən “Eres- İsrail” ideologiyası ilə nəfəs alması, onun uğrunda bütün çətinliklərdən keçməsi çox incəliklərlə oxucuya çatdırılıb. O, bütün həyatını demək olar ki, bir məqsədə - Yəhudilərin “Eres- İsraildə” yaşaması üçün həsr edib. Ola bilər ki, həmin dövr Ben - Qurion üçün bir “qəhrəman” libası hazırlamışdı, amma Ben-Qurion bu libasın onun əyninə olduğunu sübüt etdi. Sonda onu qeyd etmək istərdim ki, çapda olan səhvlər əsəblərimə toxunsa da kitabın axıcılığına xələl gətirməyib.
Mənim Ben Qurionum
Mənim Ben QurionumŞimon Peres · Alatoran Nəşriyyatı · 01 okunma
96 syf.
·
Not rated
·
Read in 1 hours
Ən maraqlı “ 90 dəqiqə” lərdən biri oldu kitab mənim üçün. Makiavellini tək “Hökmdar” əsərinin müəllifi kimi tanıyan oxucular üçün gözəl bir açıq qapıdır. Kitab həm Maviavellinin keçmişindən danışır həmdə onun fikirlərinin mahiyəttini izah edir. “Hökmdar” kitabını oxuyub başa düşməyənlər üçün mükəmməl təsfirlər var. Sonda : əslində cəmiyyət Makiavellini səhv başa düşür, Nikkola insanların necə davranmalı olduqları barədə yox , əslində necə davrandıqları haqqında yazır. O fəsəfi alim deyil, realist siyasətçidir.
Makiavelli ilə 90 Dəqiqə
Makiavelli ilə 90 DəqiqəPaul Strathern · Qanun Nəşriyyatı · 20228 okunma
Reklam
Reklam