İlk olaraq onu nəzərə çatdırmaq istərdim ki kitab oxuduğum ən yaxşı “ xatirələr” dən biri idi. Bunu həm hissləri çatdırmaq cəhətindən , həm də mahiyyət etibari ilə deyirəm. Kitab Əhməd bəy Ağaoğlunu sadəcə “Difai” partiyasının qurucusu kimi tanıyanlara , onun digər “həyatını” göstərir. Sərbəst firqə ilə bağlı olan hissələr ən maraq doğuran məqamlar idi. Kitabı oxuyun və Əhməd bəyin demokratiya , türkçülük, mətbuat - bir dövlət üçün hər şey olduğunu görün.
Kitabın sonuna yaxınlaşdıqca müəyyən hissədə maraq azalsa da, sonluq maraqlı alınıb. Masonluq, Templiyerlər, Dinlərin harmoniyası kimi məsələlər müəyyən maraq oyadır oxucuda. Ümumillikdə cəmiyyəti çox yaxşı əks etdirən bir kitab idi. Sondaki suala isə çətin ki cavab verə bilək.