elnurə

elnurə
@alxasova_elnure
Bir şehir yıkıldı biz altında kaldık...
42 reader point
Joined on January 2021
Şu anda okuduğu kitap
185 syf.
9/10 puan verdi
·
Read in 3 hours
Ah Nuriyyə... Vəfalı yar. Azərbaycan ədəbiyyatında belə qadın obrazları görmək çox ama çox xoşdur. Öz ayaqlarının üzərində duran bir qadını tez-tez görmürük. Romanın qəhrəmanı olan Nuriyyə tək olsa da , oxuyub savadlı bir qadın olur. Öz sevgisinə boyun əymir. Nuriyyə özünə yazıq deyir. Ama bu tamamilə səhvdir. Yazıq insan başqasının ailəsinə maneə törədən bir qadın olardı. Amma o belə bir hərəkət etmədi. Murad öz səhvlərini gec başa düşdü. Bir şeylər eləməyə çalışdı amma artıq gec idi. Səadətin qısqanclığına görə ailəsini dağıtmaq istədi. Amma Nuriyyə razı olmadı. Yaxşı ki razı olmadı. Başqasının bədbəxtliyi üzərində qurulan ailə heç vaxt xoşbəxt ola bilməz. Murad və Səadət ayrılsaydılar hər ikisi xoşbəxt olmayacaqdı. Çünki Murad Səadəti sevib . Əgər Nuriyyəni sevsəydi gözü heç Səadəti də görməzdi.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
Reklam
720 syf.
·
Not rated
·
Read in 10 days
Gülən adam Viktor Hüqo qələminin çox gözəl əsərlərindən biridir. Sonluğun belə olacağını gözləyirdim. Quinplenin hər şeydən vaz keçməsi, yenidən Deanın yanına qayıtması təsirli idi. Bəlkə sonu daha fərqli təsəvvür etmək olardı . Ancaq məncə buna ehtiyac yox idi. Çünki Quinplen bir dəfə içdiyi badəni bir də içmək istəyə bilərdi. Ya da onun sonu Dea, Homo və Ursusdan ayrı olardı. Hər birinin birlikdə bir sonda olması , Dea və Quinplenin bir gəlib bir getməsi oxucuya onların aralarında olan bağı göstərir. Əslində mən onların aralarında aşk olduğunu düşünmürəm. Bacı qardaş da demək olmazdı. Daha fərqli bir bağ idi onların arasında olan münasibət. Əsərin sonunda Homo və Ursus tək qaldı. Necə ki, tək gəlmişdilər elə də tək qaldılar.
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021253 okunma
408 syf.
9/10 puan verdi
·
Read in 3 days
Öləm Dünyam
Ölən Dünyam əsəri qədər məni təsirləndirən az əsər olmuşdu. Ümumiyyətlə İsmayıl Şıxlının dili o qədər gözəl və axıcı idi ki, birdəfəyə oxuyub qurtarmaq olurdu . Həm Ayrılan Yollar, həm də Ölən Dünyam çox gözəl və təsirli əsərlər idi.
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cildİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 200562 okunma

Reader Follow Recommendations

See All
292 syf.
9/10 puan verdi
·
Read in 3 days
Rocer Ekroydun Qətli
Kitabı çox ama çox bəyəndim. Sona kimi bütün obrazlardan şübhələnirdim . Amma sonda qatil heç təsəvvür etməyəcəyim biri çıxdı. Hər bir insan göründüyü kimi deyilmiş...
Rocer Ekroydun Qətli
Rocer Ekroydun QətliAgatha Christie · Qanun Neşriyat · 20184,052 okunma
184 syf.
8/10 puan verdi
·
Read in 10 days
"Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir." Əsər bu gündə öz aktuallığını itirməyib. Çünki ədalət, bərabərlik adı altında indidə bərabərsizlik, hüquqsuzluq özünü göstərir. Müəllif bunu fərqli formada, heyvanların dili ilə çatdırmaq istəyib. Nəticəsi isə çox gözəl alınıb. İşbazın həyat mübarizəsi sonda bu mübarizənin puç olması, Kapitanın yoxa çıxması , Napoleonun hakimiyyəti necə dəyişməsi və b. detallar oxucuya "respublika" adı altında Marksizmi göstərir.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0247.7k okunma
Reklam
96 syf.
·
Not rated
·
Read in 1 hours
Qadınların azadlıq yolu ancaq oradadır! Azərbaycanda qadın olmaq keçmiş əsrlərdən bəzi çox çətindir. Neçə neçə günahsız qadınlarımız namus adı altında həyatlarını itiriblər. Bu vəziyyət indidə davam edir. Fərq isə odur ki, keçmiş dövrlərdə buna qarşı çıxan Gülüşlər, Sevillər az idi. Sevildə əvvəl bu görüşlərə qarşı idi. Ancaq ərinin xəyanəti, ona qarşı olunan münasibət bunu dəyişdi. Öz ayaqları üstdə dayanmağı bacardı. Bütün qadınlarımızı belə güclü görmək çox xoş olardı...
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020341 okunma
128 syf.
·
Not rated
·
Read in 4 hours
İki ayrı yol, iki ayrı qurban. Bir daha görürük ki, dini bir olmayan insanların qovuşması mümkün deyil. Qovuşsalar belə çox əzab əziyyətlərə tab gətirirlər. Bu əsərdə isə Solmaz və Elxan qovuşa bilmir. Həmçinin bu əsərdə iki qardaşın da qarşıdurmasını görürük. Elxan öz doğru bildiyi yoldan geri dönmədi, Aqşin isə dinindən geri dönmədi. Sonda Elxan öz yolu uğrunda ölür.
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020135 okunma
112 syf.
7/10 puan verdi
·
Read in 3 hours
Kitab çox axıcı dildə yazılmışdır. Sanki Petrusun həyatının içinə daxil olub, onunla yaşadım. Musiqiyə fərqli baxış açısı möhtəşəm idi. Həmçinin kor bir insanın mübarizəsi yaxşı təsvir olunmuşdu. Kitabda sadəcə məni narahat edən fitə az yer verilmişdi. Petrus fit ilə musiqini tanımışdı, sevmişdi. Həyatında fit daha çox qalsa idi , məncə daha yaxşı olardı.
Kor Çalğıçı
Kor ÇalğıçıVladimir Korolenko · Altun Kitab · 058 okunma
332 syf.
·
Not rated
·
Read in 21 hours
"14-cü adam o imiş..."
Bu kitabda məni sadəcə bir şey düşündürür: Firdovsinin qabağına çıxan, onun fərqində olmadığı şans , bizim qabağımıza çıxsa və biz də bunun fərqində olmasaq? Onun özünü saymadan 14-cü adamı tapması və adamın onun bütün həyatını məhv eləməsi xoşagəlməz hal deyil. Əgər Firdovsi özünü də o qapıdan girən adam sayıb digər insanları saymağa başlasaydı həyatı çox başqa olacaq idi. Bir həyat yarımçıq qaldı. Digər tərəfdən Güləsərin xoşbəxt olmağı çox yaxşı idi. İnsanların onun haqqında dediklərinə baxmayaraq öz yolundan dönmədən şərəfli bir həyat sürdü. Bu kitabdan sonra sadəcə bir şey arzulayıram: əlimizdə olan, qarşımıza çıxan şansları, həyatları itirməməliyik və bunun fərqində olmalıyıq. Çünki geri dönüşü olmur...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0854 okunma
·
Not rated
Yarımçıq saxladığım bir kitab oldu. Əslində kitabları yarımçıq saxlamağı sevmirəm. Ancaq kitab məni çox yordu. Bəlkə də fəlsəfi kitabları çox oxumuram deyə belə oldu , dəqiq deyə bilmirəm . Kitabın bir hissəsinə qədər oxudum. Sonrası isə belə desək getmədi. Bəlkə nə vaxtsa bu kitaba yolum rast gələr və onda bu kitaba bir şans verib oxumağı bacararam.
Gizlindən Qeydlər
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0129.1k okunma
Reklam
196 syf.
9/10 puan verdi
·
Read in 6 days
Cek London çox istedadlı bir yazıçıdır. Ağdiş əsəri bir qurdun həyatda qalmaq üçün əziyyətlərindən, çox vəhşi sahiblərinin olmasına baxmayaraq onun dözümlü olmasından və bunun nəticəsində sonda yaxşı bir sahibinin olması ilə bitir. Mənim fikrimcə insan və ya heyvan fərqi yoxdur, daxili hissləri dəyişmək olmur. Ağdiş bir qurddur. Sonda qurd hissiyatı ilə sahibinə kömək edir. Əsərin sonunun müsbət sonluqla bitməsi çox yaxşı idi. Ağdiş bütün çətinliklərə baxmayaraq sonda yaxşı həyat sürdü. Ancaq bir qurdun bu qədər əhliləşdirilməsi məni elə də qane etmədi. Çünki onun daxili hissiyatı əhliləşdirilməyə qarşı idi. Ağdiş sevgi nədir bilmirdi. Vidon Skot sayəsində o həyatda qaldı və sevgini öyrəndi. Ancaq Ağdiş qurddur. Heç bir it Ağdişin yaşadıqlarına dözə bilməzdi. Ağdişin etdiklərini edə bilməzdi. Ağdiş nə qədər sahibinə bağlı olsa da, onun daxili bir başqadır. Bunu isə unutmaq olmaz .
Ağ Diş
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202076.8k okunma
440 syf.
7/10 puan verdi
·
Read in 19 days
Kitab XIX əsr ingilis həyatı ilə yaxından bağlıdı. Bunun ən açıq nümunəsini Miss Bennetin hərəkətlərində görürük. Bu kitab həmdə bir ailə necə olmalı və ailə uşaqlarına necə tərbiyə verməlidir məsələsinə də toxunur. 5 qızı olan ailənin uşaqlarının hər birinin xarakteri fərqlidir. Bəziləri yaxşı bəziləri əsəb verici xarakterdə ola bilər. Kitabda məni məyus edən cəhət Elizabet və Darsi'yə kifayət qədər yer ayrılmaması idi. Lidiya, Ceyn və digər xarakterlərin həyatı yaxından açıldı. Mənim fikrimcə kitabda Darsinin və Elizabetin hisslərinə daha çox üstünlük verilə bilərdi.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 076.3k okunma