Bahar gəldi, mənim üzüm gülmədi,
Kimsə qüssə-kədərimi bilmədi.
Hamı gəldi, gözlədiyim gəlmədi...
Əsib keçən ruzigarım, hardasan?
Bilirsənmi, gizli sevda yamandı...
Bizi belə ayrı salan - zamandı.
Gəl, eyləmə, mənə zülüm, amandı!
İçimdəki ahu-zarım, hardasan?
Yanımdaydın, mən bilmədim qədrini,
Anlamadım, ucuz tutdum xətrini.
Bax, gəzirəm dağda-daşda ətrini,
Zirvələrdə qalan qarım, hardasan?
Qış gəlibdir həyatıma dalbadal...
Ay gecikən xoş baharım, hardasan?