Bax məsələn, savadlı, vicdanlı, düşüncəli, qəlbli bir adamdır. Hər hansı cəzadan əvvəl onu qəlbinin ağrısı öz işgəncələrilə məhv edəcək: cinayətinə görə o özünü ən qəddar qanundan dah amansız, daha insafsız şəkildə ittiham edəcək. Ancaq onunla yanaşı bir başqası etdiyi cinayət barəsində katorqa müddətində bir dəfə də olsun heç düşünməyəcək də...
Məgər bu iki nəfər üçün cəza eyni dərəcədəmi təsirlidir?
Pula görə məhbusu "gözdən qaçırırlar", nəzarətçi ustalıqla və əvvəlcədən seçilir. Adətən bu cür nəzarətçilərin özləri gələcək məhbusluğa namizəddirlər.
Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, gülüşünə görə insanı tanımaq olar və əgər tamamilə tanımadığınız adamın gülüşü elə ilk görüşdəcə xoşunuza gəlirsə, onda cəsarətlə deyə bilərsiniz ki, bu yaxşı adamdır.
"Götür, bədbəxt, İsa xatirinə bu qəpiyi götür!"- deyə qız qabağıma qaçıb pulu ovcuma dürtə-dürtə qışqırırdı. Mən onun qəpiyini götürdüm, qız da razı halda anasının yanına qayıtdı. O qəpiyi uzun müddət qoruyub saxladım.
Bu sistem insanın həyat cövhərini sorub çıxarır, onun ruhunu zəiflədir, onu qorxudur və sonra mənəvi cəhətdən qurumuş, yarıdəli cəsədi islah olunmanın və tövbənin nümunəsi kimi təqdim edir. Əlbəttə, cəmiyyətə qarşı qiyam qaldırmış cinayətkarlar ona nifrət edir və demək olar ki, daim özünü haqlı, cəmiyyəti isə günahkar sayır. Üstəlik də cinayətkar cəmiyyətdən artıq cəzasını almışdır, bu səbəbdən də az qala özünün təmizə çıxmış, cəmiyyətlə hesablaşmış hesab edir.