"Unutmağa kimsə yoxdur", bəlkə, var?
Bəlkə, elə unudulan özüməm?
Bir hardasan deyənim yox, nə vaxtdır,
Məni elə yada salan özüməm.
Ömür kimi ötəcəksən, əzizim,
Qorxduğumu edəcəksən, əzizim,
Sən qonaqsan, gedəcəksən, əzizim,
Vallah, elə mənə qalan özüməm.