Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səddam Laçın

Səddam LaçınSəndən Gözəl Olmasın yazarı
Yazar
0.0/10
0 Kişi
14
Okunma
15
Beğeni
530
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

15 okur beğendi.
14 okur okudu.
2 okur okuyor.
35 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Unudulan qadın
Göz yaşını qurutmağın yanında Bir dənizi qurutmağa nə var ki Dərd eləmə, qurban olum dərdinə Unut məni, unutmağa nə var ki *** Mən ki sənin sevmədiyin adamam
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə… Hamı sənə kor deyir, necə baxırsan göyə? Çox qarışıq adamsan *** Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik
Reklam
Özünə vəsiyyət
Sevdin, sevilmədinmi? Özünü oda atma. Dərhal ordan uzaqlaş Alışmayasan, şair. ***
Səndən Gözəl Olmasın
Mən səni neynirəm ki… Sən olsan da sevirəm, olmasan da sevirəm Ey dodağı yasəmən, yanaqları qızılgül Qorxma payız gələndə Sən solsan da sevirəm, solmasan da sevirəm *** Sən sev deyə sevmirəm… Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm *** Mən səni neynirəm ki… Sən olmayan günlərin Hər günü bir şeirdi, hər günü bir qəzəldi Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Nə yaman irəli getdi saatım, Mən hələ səhəri xəyal edirdim Sən mənim dünyamı haram edən gün, Mən sənə haqqımı halal edirdim.
Şairəm də, "şeir qız", itirdiyim şeiri axtarmağı sevirəm.
Gedəndə arxayın get, sən ki məni bilirsən, "Gəl" deməyi sevirəm. Beləyəm də, neyləyim, gözlətməyə qıymıram, Gözləməyi sevirəm. Bir gün gələrsən deyə sevmirəm ki mən səni, Gəlməsən də sevərəm. Təbəssüm həsrətli qız, bircə dəfə üzümə Gülməsən də sevərəm. Gülsən də mənə gülmə, məni yaradan belə Yaratmadı, yar atdı. Ey xəncər kirpikli qız, bir ömürlük həsrəti Bir baxışın yaratdı. Hələ təzə getmisən, qayıtmağa tələsmə, Uzaqlar da gözəldir. Bir də belə yoxlayaq, kim bilir, bəlkə sevgi Uzaqlarda gözəldir?
Səddam Laçın
Səddam Laçın
Müşfiqə...
Nə olardı, İlahi, İllərdi gördüyümüz Yuxumuz çin olaydı, Sevincimdən uçaydım. Ürəyim qanadlanıb Ağ göyərçin olaydı. Budağına qonmağa "Yenə o bağ olaydı".
Reklam
Səndən gözəl olmasın..
Mən səni neynirəm ki… Sən olsan da sevirəm, olmasan da sevirəm... Sən sev deyə sevmirəm… Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm Mən səni neynirəm ki… Sən olmayan günlərin Hər günü bir şeirdi, hər günü bir qəzəldi Səndən gözəl olmasın, sənsizlikdə gözəldi...
Səddam Laçın
Səddam Laçın
🤍

Yorumlar ve İncelemeler

Tümünü Gör
112 syf.
10/10 puan verdi
·
5 günde okudu
İncə bir ruhla yazılmış şeirlər toplusu
Səddam Laçın
Səddam Laçın
Bu kitabı oxuya-oxuya bir şeyə diqqət yetirdim ki, bundan sonra çap edəcəyim kitabların sonunda oxucu üçün qeyd yeri buraxmalıyam. Ona görə ki, kitabı oxuyub ürəyi dolan biri olsa ürəyində saxlamasın. Eynilə "Səndən gözəl olmasın"ın ürəyimi doldurduğu kimi. Ona görə kitabın səhifə boşluqlarında ağlımda olanların hamısını bir kənara qeyd etdim. Səddam Laçını oxuyanda Nazim Hikmətin yaşamını görürəm. Ramiz Rövşənin cavanlığını, Nizami Gəncəvinin hikmətini sezirəm. Füzulinin dərinliyini, Müşviqimin aşiq ruhunu hiss edirəm. Deyə bilərsiniz ki, nə çox adamı gördün bu kitabda. Amma Səddam Laçın bu dahilərin hər birinə "Mən səni neynirəm ki?" Deyərək onları bir kənarda qoyub öz sənətini yaradıb. Ona görə mən də öz yazdıqlarımı "Səndən gözəl olmasın" deyərək bir kənara qoyub onun dünyası ilə tanış oldum. Bu dünya eşq və dərinlik dünyasıdır. Sevgi və azadlıq dünyasıdır. Deyə bilərsiniz ki, "eşq" və "sevgi", "dərinlik" və "azadlıq" bir-birinə yaxın məfhumlardır, hətta eynidir. Amma diqqətlə düşünsək görərik ki, bu kitab hər birinin mənası ayrı-ayrılıqda təsvir olunub. Bəziləri bir söz ilə, bəziləri bir cümlə, bəziləri isə tək bir misra və ya bəndlə. Səddam Laçın bu bəndlərdən bir hasar hörərək öz cənnətini yaradıb və ağrılarını "Səndən gözəl olmasın" olaraq şeirlər toplusu kitabında cəmləyib.
Səndən Gözəl Olmasın
Səndən Gözəl OlmasınSəddam Laçın · Qanun Nəşriyyatı · 202314 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Sizdən gözəl olmasın,Amma bu kitab çox gözəldi>.<
Bu zamana qədər dəfələrlə oxuduğum ilk kitabdır. O qədər gözəldi ki, şeirlər insan heyran qalır.Hətda özümü narahat hissedəndə təsadüfü bir səhifə açıb oxuyuram və rahatlayıram♡.♡ bir şeiri dəfələrlə oxusamda hər oxuyuşumda ilk dəfə ki kimj ruhumu oxşayır♡.♡ bu kitabın yeri mənim üçün çox ayrıdı♡♡♡ kitaba bağlandım♡.♡ Alınnn oxuyunnn. oxumayan çox şey itirər♡.♡
Səndən Gözəl Olmasın
Səndən Gözəl OlmasınSəddam Laçın · Qanun Nəşriyyatı · 202314 okunma