Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səddam Laçın

Səndən Gözəl Olmasın yazarı
Yazar
0.0/10
0 Kişi
14
Okunma
15
Beğeni
658
Görüntülenme

Səddam Laçın Gönderileri

Səddam Laçın kitaplarını, Səddam Laçın sözleri ve alıntılarını, Səddam Laçın yazarlarını, Səddam Laçın yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Belə..
Mən səni neynirəm ki… Sən olsan da sevirəm, olmasan da sevirəm... Sən sev deyə sevmirəm.. Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm...
Səddam Laçın
Səddam Laçın
🤍
Şairəm də, "şeir qız", itirdiyim şeiri axtarmağı sevirəm.
Gedəndə arxayın get, sən ki məni bilirsən, "Gəl" deməyi sevirəm. Beləyəm də, neyləyim, gözlətməyə qıymıram, Gözləməyi sevirəm. Bir gün gələrsən deyə sevmirəm ki mən səni, Gəlməsən də sevərəm. Təbəssüm həsrətli qız, bircə dəfə üzümə Gülməsən də sevərəm. Gülsən də mənə gülmə, məni yaradan belə Yaratmadı, yar atdı. Ey xəncər kirpikli qız, bir ömürlük həsrəti Bir baxışın yaratdı. Hələ təzə getmisən, qayıtmağa tələsmə, Uzaqlar da gözəldir. Bir də belə yoxlayaq, kim bilir, bəlkə sevgi Uzaqlarda gözəldir?
Səddam Laçın
Səddam Laçın
Reklam
Günəşi görmək üçün gecə baxırsan göyə... Hamı sənə kor deyir, necə baxırsan göyə? Çox qarışıq adamsan. Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik Ürəyin dünya boyda olsa da, biz bilirik - Bir qarışlıq adamsan. Saçında ağ tellərin qaralarla yarışır Belə də davam elə, sənə də bu yaraşır - Tam yarışlıq adamsan. Gözlərindən axanlar gözünə bir də baxmır Axı niyə baxanlar üzünə bir də baxmır? Bir baxışlıq adamsan? Ahın yerdən göylərə, heç çatmasın, əzizim Səni qara buludlar aldatmasın, əzizim, Bir yağışlıq adamsan.
Yum gözünü bəlkə hər şey düzəldi, Bir yuxu ki gerçəyindən gözəldir, oyanma. Oyandınsa, yuxulara inanma. Bir yuxudur gerçək olan ,bir həyat. Aç gözünü, inanmasan bir də yat. Yubanma Yubandınsa, əbədi yat. Oyanma.
Reklam
118 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.