Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
10/10 puan verdi
·
5 günde okudu
İncə bir ruhla yazılmış şeirlər toplusu
Səddam Laçın
Səddam Laçın
Bu kitabı oxuya-oxuya bir şeyə diqqət yetirdim ki, bundan sonra çap edəcəyim kitabların sonunda oxucu üçün qeyd yeri buraxmalıyam. Ona görə ki, kitabı oxuyub ürəyi dolan biri olsa ürəyində saxlamasın. Eynilə "Səndən gözəl olmasın"ın ürəyimi doldurduğu kimi. Ona görə kitabın səhifə boşluqlarında ağlımda olanların hamısını bir kənara qeyd etdim. Səddam Laçını oxuyanda Nazim Hikmətin yaşamını görürəm. Ramiz Rövşənin cavanlığını, Nizami Gəncəvinin hikmətini sezirəm. Füzulinin dərinliyini, Müşviqimin aşiq ruhunu hiss edirəm. Deyə bilərsiniz ki, nə çox adamı gördün bu kitabda. Amma Səddam Laçın bu dahilərin hər birinə "Mən səni neynirəm ki?" Deyərək onları bir kənarda qoyub öz sənətini yaradıb. Ona görə mən də öz yazdıqlarımı "Səndən gözəl olmasın" deyərək bir kənara qoyub onun dünyası ilə tanış oldum. Bu dünya eşq və dərinlik dünyasıdır. Sevgi və azadlıq dünyasıdır. Deyə bilərsiniz ki, "eşq" və "sevgi", "dərinlik" və "azadlıq" bir-birinə yaxın məfhumlardır, hətta eynidir. Amma diqqətlə düşünsək görərik ki, bu kitab hər birinin mənası ayrı-ayrılıqda təsvir olunub. Bəziləri bir söz ilə, bəziləri bir cümlə, bəziləri isə tək bir misra və ya bəndlə. Səddam Laçın bu bəndlərdən bir hasar hörərək öz cənnətini yaradıb və ağrılarını "Səndən gözəl olmasın" olaraq şeirlər toplusu kitabında cəmləyib.
Səndən Gözəl Olmasın
Səndən Gözəl OlmasınSəddam Laçın · Qanun Nəşriyyatı · 202314 okunma
··
239 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.