Həə, inanılmazdır, bilirəm. Mən və son məktub yazmaq... Əslində bunun üçün çox gecikdim, atanın ölən qızına "səni sevirəm" sözünü deməyi kimi çox gecikdim.
Sənin ilk "səni sevirəm" deməyin yadımdadır. İlk dəfə aramızda sevgi sözü sənin dilindən çıxmışdı. Bəlkə də inanmayacaqsan, amma sənin sözünə ilk cavab kimi demişdim sənə "səni sevirəm" deyə. Vaxt keçdikcə sənə qarşı yarandı sevgim, amma qışda açan çiçək kimi açdığı kimi də soldu.
Uzun tutmaq istəmirəm məktubu, sənə yazılan sətirlərdən iyrənirəm doğrusu. Bağbanı olduğun sevgi bağçamı susuz qoydun, çiçəklərim açmaz oldu, ağaclarım barsız qaldı. Amma son baş verən hadisəyə kimi. Səndən gözləmədiyim sözlər(bilmirəm niyə, amma səndə o xasiyyətin olduğunu bilə-bilə gözləmirdim), ağlıma gətirə bilməyəcəyim hərəkətlərindən sonra içimdə heç bir hiss qalmadı.
Əslində, xəta mənimdir. Mən ki qəlbsiz, ruhsuz adamın biri. Sənə niyə açdım sevgi qapılarını? Yetmirdimi yaralarım, əlinə tutuşdurduğum bıçaq niyə?
Nifrət insanın çiyinlərinə yükləyə biləcəyi ən ağır yükdür. Bu yükü sənə görə qaldırmaq istəmirəm, nə də olsa canım əzizdir.
Nəysə, boşboğazlılığıma verdim yenə. Özünə yaxşı bax ya da baxma vecimə deyil. Bir daha görüşməmək diləyiylə