Başlıq: Görünməz adam
Yazar: H.G Wells
Səhifə: 181
Janr: elmi-fantastik,ədəbiyyat
Nəşr: Kırmızı kedi
Hərkəsə salam,
Son zamanlarda oxuduğum ən yaxşı əsərlərdən biri də bu əsər oldu.Bu yazardan oxuduğum ikinci kitab idi.İlk olaraq, "Zaman maşını" kitabını oxumuşdum.Məncə, "Görünməz adam" digərindən ( Zaman maşını) daha axıcı, konkret fikrə sahib ( Əsas oğlanların müqayisəsi) və keyfiyyət baxımından da səviyyəcə irəlidə olan bir əsərdir.
Kitabda ən diqqətəlayiq nöqtələrdən biri yumoristik dilə sahib olmasıdır və mən bunu bu kitabdan açığı heç gözləmirdim. Əsərdə başına gələn tragikomediyalara görə əzablar çəkən bir dahidən bəhs edilir.
Griffinin ( əsas oğlan) başından keçənləri ustalıqla qələmə alan və oxuculara sadə dildə təsvir edən yazara heyran olmamaq mümkün deyil.( yazıldığı dövrü nəzərə alın)
Bəlkə də çoxumuz görünməz bir adam olmaq istərdik.Sizə tək məsləhətim var.Əlinizə belə bir güc keçsə,əvvəlcə bu kitabı oxuyun.Çünki, görünməzliyin yaxşı və pis yönlərini bilmək sizə fayda verəcəkdir.
Daha sonra arzunuzu yerinə yetirə bilərsiniz.