Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytən Zülfüqarova

Aytən Zülfüqarova
@aytnzlf
Sabitlenmiş gönderi
"Kitaplarla,resimlerle,güzel şeylerle dolu bir ev." 777
Sayfa 72 - RufKitabı okudu
Reklam
Ən kiçik söz söhbət üstündə bitirsə adını "sevgi" qoyduqları şey, mən sona qədər yalnız qalmağı üstün tutaram.
250 syf.
·
Puan vermedi
·
4 günde okudu
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar
8.6/10 · 232 okunma

Okur Takip Önerileri

Tümünü Gör
"Bəzi şeylərin gözəlliyi, onların səbəbsiz yerə edilməsindədir."
Reklam
Əlimə keçən bütün kitabları oxumağa başlamışam. Səni anlamağa çalışıram, sənə yaxınlaşmağa...
İnsan zəkası çoxdan dərk edib ki, istənilən həqiqət xəyaldan gücsüzdür, axı xəyallar həmişə qüsursuz olur.
Sayfa 168Kitabı okudu
Özünün tez-tez işlətdiyi alman atalar sözü vardı: "Anlayırsansa, bağışlayırsan".
Unutma, hər ad günündə sən də göy üzünə baxarsan, çünki həyat məni hansı uzaqlığa atırsa atsın, harada oluramsa olum, gecə saat on ikini keçən- də üzümü göylərə tutub sənə təbrik göndərəcəm. Ulduzların içindən sənə göz qırpanı olsa, bil ki, o mənəm. İçində ən böyüyünü görsən, bil ki, o da mənəm. O gecə ulduzların ən fərqlisi, ən parlağı mən olacam.
Bilirsən, səmanı seyr edəndə bəzən kimliyimi, ümidlərimi, hər şeyi yerli-dibli unuduram. Baxdıqca başqa bir aləmə düşür, qeyri-adi həyata qovuşuram... Sanki ulduzlardan aldığım nur məni reallıqdan uzaqlaşdırır, aid olduğum yerlə aramda uca divar çəkib məni özgə bir "mən" edir.
Reklam
88 syf.
·
Puan vermedi
Əsəri Dünya ədəbiyyatı imtahanına hazırlaşarkən oxudum.Xəlil Cibranın həyatı haqqında oxuduqda onun anasının bu dünyanı sevməməsi,həyata Xəlil dünyaya gəldikdən sonra qatlanmağa məcbur olduğunu gördüm.Xəlil Cübran 'Qırıq qanadlar"əsərini də anasının bu sözündən sonra ilhamlanaraq yazıb. Əsərin qısa məzmunu belədir: təhkiyəçi, yəni müəllifin özü, eyni zamanda, baş qəhrəmanlardan biri atasının köhnə dostu Faris Kəramə ilə qarşılaşır. Faris Kəramə adlı-sanlı, nüfuzlu bir adam idi. Günlərin birində Faris Kəramə onu öz evinə dəvət edir və qəhrəman burada Kəramənin qızı Səlma ilə tanış olur. Eyni yaşda olan bu iki gənc arasında ilk baxışdan sevgi yaranır. Lakin bu sevgi faciəli sonluqla bitir. Faris Kəramə könülsüz olaraq qızını arxiyepiskop Bulis Qalibin qardaşı oğlu Mənsur bəyə ərə verir. Alçaq xislətli, tamahkar və əxlaqsız Mənsur bəy Faris Kəramənin var-dövlətinə yiyələnmək və cəmiyyətdə öz nüfuzunu möhkəmlətmək barədə düşünürdü. Səlma bir insan kimi onun üçün maraqlı deyildi. Qızının bədbəxtliyi ata Kəraməni dərdə salır və çox keçmir ki, o, ölür. Məhəbbətlə məcburiyyət arasında çırpınan Səlma sevgisi yolunda ölümə aparan yolu seçir. Övladını dünyaya gətirərkən gözlərini əbədi olaraq yumur.Səlma atasının qəbrinin içində övladı ilə birlikdə dəfn olunur.Əsər qəhrəmanın Səlmanın qəbri üstündə göz yaşı axıtması ilə bitir.
Kırık Kanatlar
Kırık KanatlarHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 20189,6bin okunma
Və mən anlayıram, anlayıram ki, əzab insanlar arasında bərabər paylanılıb, hamının da öz ağrıyan yeri var və bu balansı ən yaxşı tənzimləyən təbiətin özüdür.
Məzarımın üzərinə işarə filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürüməsinə acıyıram".
360 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.