Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Eşqin Adı Sənsən

Dilşad Talıbova
Kədərli idi, nəbzi ağır-ağır vurur, amma hey danışırdı. Mən din-mədən onu bəzən coşqun, bəzənsə zərif nəvazişlə bağrıma basırdım. Nələr danışırdı, nədən danışırdı?! Ömrümə zərrələr kimi səpələnib dağılmış adam unudulmaqdan danışırdı. Ondan qopa bilməyəcəyimi anlamırdımı? Bilmirdimi onu həyatımdan yığıb-yığışdırmaq mümkün deyil? Başa düşmürdümü üzərim-dəki hakimiyyətini? Anlamırdımı nağıllardakı divin canı bir şüşə qəfəsdə olan kimi, mənim də varlığım onun bu xırda bədənində canlıdır? Yəni doğrudanmı ayrılıq gələcək? Doğrudanmı hər kəsi eyni aqi-bət gözləyir? Əlbəttə, hər xoşbəxtliyin öz faciəsi var. Bir şey ki təbiətin hökmüdür, kim özünü ondan qoruya bilər?! Ölüm necə sorğu-sualsız qəbul olunursa, biz də ayrılığa eləcə tabe olmalı-yıq. Taleyin cızdığı yollar fərqli olsa da, qaydalar dəyişmir, ömür-lər təkrarlanır və hər kəsi eyni aqibət gözləyir... Yox, məndə belə deyil, belə olmayacaq! Mənə görə, insanlar bir-birinin həyatın-dan elə də asanlıqla çıxıb itə bilməz. Mənə görə, kimsə kiminsə qəlbinə bir yol tapıb girdisə, elə orada da qalacaq...
Yazar:
Dilşad Talıbova
Dilşad Talıbova
Tahmini Okuma Süresi: 5 sa. 6 dk.Sayfa Sayısı: 180Basım Tarihi: 2023Yayınevi: Bakı, Teas Press Nəşriyyatı
ISBN: 9789952563504Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
180 syf.
10/10 puan verdi
·
Beğendi
Dilşad Talıbova "Eşqin adı sənsən"
-Eşq nədir? -Eşq əzabdır- ölçüsü, sərhədi bilinməyən əzab. Aşiq nə ölçü bilir, nə hədd. Lazımi tarazlığı qoruya bilmədən özünü büsbütün qurban verir.
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202326 okunma
Reklam
180 syf.
7/10 puan verdi
·
14 günde okudu
Əsərdə nakam məhəbbətdən bəhs olunur , önyarğılı olmağın , şübhələrin münasibətə olan zərəri öz əksini tapır . Keçmişdə ilişib qalmaq, keçmişdə baş verənlərin təsiri ilə yaşamaq düzgün deyil. Həyat davam etdikcə yenidən başlamaq üçün həmişə şans var . Tablo ilə bağlı olan hissə isə Sabahattin Alinin "Kürk montolu madonna " əsərini xatırladır .
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202326 okunma
180 syf.
9/10 puan verdi
·
Beğendi
Dilşad Talıbovanın "Eşqin adı Sənsən" romanını oxudum. Əsəri dünən səhər oxumağa başladım və günün sonunda bitirdim. Beyin üçün əladır. Yorulanlar, duyğulu kitab oxumaq istəyənlər, romantiklər oxusun deyərdim. Yazarın qələmini bəyənirəm. Demək olar ki, bütün əsərlərini oxumuşam. Əsərdə Səhranın çılğınlığı, Nəsiminin bu çılğınlığa
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202326 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.