Eşqin Adı Sənsən

Dilşad Talıbova

Eşqin Adı Sənsən Gönderileri

Eşqin Adı Sənsən kitaplarını, Eşqin Adı Sənsən sözleri ve alıntılarını, Eşqin Adı Sənsən yazarlarını, Eşqin Adı Sənsən yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Kitablardakı sevgi
O gündən sonra, demək olar, mən hər kitabxanaya gələndə o da gəlirdi. Səhra idi adı. Açığı fikir vermişdim, son vaxtlar kitabxanaya daha kitab üçün deyil, ona görə gedirdim: onu düşünə-düşünə hansısa kitabı götürüb vərəqləyir; ürək çırpıntısıyla gələcəyi dəqiqələri, saniyələri sayırdım.
Reklam
Hələ uşaqlığımdan vaxtımın çoxunu kitab oxumaqla keçirirdim…
…əzab insanlar arasında bərabər paylanılıb, hamının da öz ağrıyan yeri var və bu balansı ən yaxşı tənzimləyən təbiətin özüdür.
Bəzən də yüz ilin uzaqlığı düşür aramıza, üzünü, cizgilərini belə güclə xatırlayıram. Amma özümü aldadası deyiləm, xatirələrin sönür, Səhram. Azalırsan... Qaynar həyatın, yaşayan insanların içində yavaş-yavaş azalırsan. Hər keçən gün ziyanıma işləyir. Səni xatırlamaq üçün daha uzun düşünürəm. Qorxuram, Səhram, yoxluğundan qorxuram. Qorxuram ki, heç yaşanmamış, olmamış kimi təxəyyülün məhsuluna çevrilib qalasan beynimdə. Yaddaşımın künc-bucağını silkələməkdən yorulmuşam. Yaddaşıma etdiyim zülmdür, işgəncədir. Xatirələrimə işıq salmaqdan yorulmuşam – onlar tükənir, buz barmaqlı gözəlim... Yoxluğun xatirələrimi həyatımdan zərrə-zərrə alıb, onların yerini cürbəcür peşmanlıqlar, çiçəklər və məzarlıqlar əvəz edir.
Sayfa 179Kitabı okudu
Bu haqda elə də əmin olduğum fikirlərim yoxdur, amma, hər halda, bu gün nə cəmiyyətin normalarını, nə də bizə universitetdə öyrədilənləri əxlaq kimi qəbul edə bilirəm. Mənim bildiyim, anladığım əxlaq başqadır: məsələn, sənə heç bir zərəri dəymədən fərqli yaşayan adamların həyat tərzini müzakirə etməməkdir, insanların şəxsi həyatlarına qarışmamaqdır. Dinləməyi, gözləməyi bacarmaqdır əxlaq. Ailənin, dostun, sevgilinin, hətta düşmənin qarşısında dürüst qalmağa çalışmaqdır, öhdəliyini anlamaqdır. Ən əsası da etibarlı adam olmaqdır.
Reklam
64 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.