Mərhəmət duyğusu səndə yoxdursa,
Tutduğun orucun nə mənası var?
Süfrəndə yoxsula yerin yoxdursa,
Bir ay ac qalmağın nə mənası var?
Tərəzin çəkidə əyri çəkirsə,
Dilin zəhər kimi qəlb incidirsə,
Əlin rüşvət alıb, rüşvət verirsə,
Qıldığın namazın nə mənası var?
Haram pullar ilə villa tikənlər,
Yetimin haqqını bölüb yeyənlər,
Şər atıb birini bədbəxt edənlər,
Öləndə YASİNin nə mənası var?
Namaz da, oruc da asandır, qardaş.
Vicdanlı olmaqsa, çətindir, qardaş.
Əsil insan olmaq lazımdır, qardaş.
Əməlsiz Quranın nə mənası var?