208 syf.
10/10 puan verdi
·
Read in 27 hours
Uşaqların gözündə müharibə.
Yenidən bu dünyaya gəlsəm; “Bütün tankları, tüfəngləri, silahları əridib saz, cümbüş, zurna edəcəm”. Aram Tigran. Oxuduğum ən möhtəşəm və ən üzücü əsərlərdən biri daha. Müəllif Uşaqların gözündə müharibə və savaşı qələmə alıb. Hər sətrini həyəcanla, kədərlə oxudum və hər sətrini qəlbimin dərinliyinə qədər hiss etdim. Dünyada ki bütün uşaqlar kimi Bruno və Shumel də o qədər məsum idilər ki içində olduğları amansız vəziyyətin nə olduğunu doğru-düzgün belə başa düşə bilmirdilər. Savaşın,müharibənin qurbanı olan bütün uşaqlar kimi Bruno da yaşamağın sadecə dostlardan və oyunlardan ibarət olduğunu düşünürdü. Onun üçün yaşamaq özü kimi məsum idi lakin Müharibənin,savaşın, düşmənin nifrəti Bruno kimi Minlərcə, Milyonlarca məsum,günahsız uşaqları bu şirin yuxudan oyadıb. Onlar xəyalları,ümidləri, oyuncaqları əllərindən alınmış məsum körpələrdir. Ümid edirəm daha heç bir məsum uşaq bu şirin xəyalından,yuxusundan oyanmasın. ailəsi ilə dinc yaşayan evlərin pəncərələri dağıdılmasın.Ümid edirəm heç bir yaşlı,qoca hər gözünü açdığı sabaha şükür etdiyinə peşman olmasın. Hər birinizə xoş gecələr və xoş mütaliələr.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202039.2k okunma