Lənət olsun, axı onda qeyri-adi nə var idi ki, mənim bütün düşüncələrimi alt-üst etmişdi?!
Əsl sevgi isə intihar kimidir. Sən öz "mən"ini öldürməyə və "biz" kimi dirilməyə razılaşırsan.
Reklam
Mən... sadəcə, elə bir vaxt gəldi ki şübhələnməyə başladım. Dərhal yox. Saytları, kitabları oxuduqca. Riçard Dokinz, Lourens Krauss, Deniel Denner... Və bir gün mən yuxudan dinsiz kimi oyandım. Ona görə yox ki, mən hansısa şəhvani duyğular arzulayırdım, yaxud hansısa buxovlardan azad olmaq istəyirdim. Yox, əksinə mən özümü atılmış, unudulmuş, yetim qalmış kimi hiss edirdim. Allah ölmüşdü. Mən də ölmüşdüm.
Sayfa 136 - TEASPRESSKitabı okudu
Bəs nə etməliyik? Həqiqəti qəbul edib yaşamalıyıq? Axı o həqiqət kimə lazımdır? Yaxşısı budur, məni aldadın, mənə inana biləcəyim gözəl bir yalan verin və məni xoşbəxt bir rahatlıq içində tərk edin...
Söhbət hansı şəxsiyyətdən gedir? Bugünkü məndən, dünənkindən, yoxsa sabahkindən?
Görəsən, o mənimlə oynayırdı, ya həqiqətən, mənə vurulmuşdu? Doğrudanmı, mən bunu heç vaxt bilməyəcəyəm? Bəlkə, mən onu axtardığım kimi, o da məni axtarır?
Reklam
Biz aldadılacağımızı gözləyirik. Qəlbimizin dərinliyindən hər birimiz bilirik ki, inandığımız, yaxud nə vaxtsa inanacağımız hər şeyin yalan olduğu ortaya çıxacaq.
Bizə həqiqət lazım deyil. Yaxşısı budur, mənə gözəl bir yalan satın, amma elə edin ki, mən ona inanım.
18 yaşında ikən seçim etmək daha asan idi. Men, sadecə, ağlıma gələni edir, sonrasını fikirləşmirdim.
Kim deyir ki, içində yaşamaq istədiyin həqiqəti uydurmaq olmaz?
856 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.