Normalda oxuduğum kitablardan fərqli bir kitab idi. Kitab mənə hədiyyə idi və mən yazarın dəsti-xətti ilə ilk dəfə tanış olurdum. Böyük gözləntilərlə kitabı oxumağa başlamamışdım. Lakin vurğulamalıyam ki, kitab çox sadə dillə yazılıb, axıcıdır və hər yaşda oxucu rahatlıqla oxuya bilər. Demək olar ki, çox qısa bir zamana (1gün belə olmadan) kitabı bitirdim. Kitaba qoyulmuş kilid, mürəkkəb, kibrit kitaba əlavə maraq qatıb. Bu kitab sizə nəsə qatar mı, burdan nəsə öyrənərsiz mi bilmirəm. Amma canınız sıxılır, nə edəcəyinizi bilmirsizsə, film açmaq əvəzi bu kitabı açıb oxuya bilərsiz. düşünürəm ki, kitabın sadə dili sizi yormayacaq, kitabı oxuyarkən istirahət etmiş sayılacaqsız. Oxuyacaq oxuculara xoş mütaliələr arzulayıram, Yazara isə yaradıcılığında uğur arzu edirəm