Arzu Dovlatova

Arzu Dovlatova
@arzudovlatova
196 syf.
·
Puan vermedi
·
13 günde okudu
Zamanın Daha Qısa Tarixi
Leonard Mlodinow
8.7/10 · 982 okunma
Reklam
228 syf.
·
Puan vermedi
·
5 günde okudu
İş yoldaşımın tövsiyəsi ilə oxudum. İlk dəfə pozitiv fəlsəfəyə aid nə isə oxuyurdum. Əslində kitabda bilmədiyimiz heç nə yazılmayıb. Yaşamaq, sevmək, az yemək, gülümsəmək, meditasiya etmək, erkən yatıb tez qalxmaq və s. Lakin kitab sanki bunları bilməkdən əlavə, bunları etməyə təşviq edir insanı. Kitabı oxuduqca uzun ömürlü və qamsız insanların özümdə olan və olmayan xüsusiyyətlərini kəşf etdim. Öz daxilimlə ğzümlə xoşbəxt ola bilən, tək vaxt keçirməkdən qorxmayan biri olduğum üçün xoşbəxtəm. Məncə xoşbəxtlik üçün ediləcək ən çətin iş budur. Qalanlarını etmək elə də çətin deyil. Həyatımın ən çətin dönəmlərindən birində təsadüfən belə bir kitaba rast gəldiyim üçün xoşbəxtəm. Məni dərinə batmaqdan çəkib qurtardı. Mən daha çox kitabların pessimist tərəflərini sevən biriyəm amma pozitiv bir təəssürat istəyənlər oxuya bilər. Bir də Martin İdendən sonra yaxşı gəldi… ))
İkiqay
İkiqayFrancesc Miralles · Bakı, Teas Press Nəşriyyatı · 202419,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Kənddə yaşadığımız müddətdə bir şeyi anladıq: burada həqiqətən “zaman dəyanıb”. Kəndin bütün sakinləri sanki “sonsuz olan və heç vaxt bitməyəcək” indiki anı yaşayırlar.
Məhz bu səbəbdən, yaponlar forması pozulmuş, qüsurlu şeylərə, məsələn, çatlamış fincana və ya yöndəmsiz şəkil almış əşyaya dəyər verirlər. Yalnız qeyri-mükəmməl, natamam və müvəqqəti şeylər həqiqi gözəlliyə malik olur: çünki yalnız onlar dəyişkən və fani dünyayla oxşarlıq təşkil edirlər
Reklam
34 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.