Arzu

320 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 19 days
Bəzi kitabların oxuma zamanı vardır, bəzi yolların başında oxunulmalı olanlar. Bu kitab isə elədir ki, heç vaxt bu kitaba gec qalınmaz, yeniyetməykən də oxuyanda çox şey öyrənmək olar, gənclik illərində də, evlilikdən öncə də, övlad dünyaya gətirəndə də, onu böyüdəndə də, bəlkə, 60 yaşında olanda da. Əsas olan özümüzü, bizi kəşf etməyə maraqlı olduğumuz zamana təsadüf etsin. Doğan Cüceloğlu hər şeyi öz ifadəsi ilə desəm - "sevgi dili" ilə izah edir ki, ən sərt sərhədləri olan insanlara da təsir edə biləcəyini düşünürəm. Bir az xəritə kimi bir kitab idi mənim üçün. Əlavə olaraq, kitabın sonunda film, kitab, hətta musiqi tövsiyələri var, hər tərəfi ilə çox gözəl idi️️..
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127.5k okunma
Reklam
488 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 8 days
Baxmayaraq ki, tərcümə olunmasını illərdir gözləyirdim və çox böyük həyəcanla başlamışdım, "Ovod" və "Qırılmış dostluq"da yaşadığım o dərin hissləri yaşaya bilmədim, Rivareslə qəlbdən dərin bağlılıq hiss edirəm hər zaman. Bəlkə, bu gözlənti ilə başlamasaydım daha çox sevəcəkdim. Amma bir buruxluq hissi ilə bitirdim. Sujet çox axıcı, keçidlər çox uyğunluq içində idi deyə, heç sıxılmırdım, ilk yarısında düşündüm ki, mənə nəsə qatmayacaq oxuduqlarım, bitirəndə fikrim dəyişdi. Xüsusilə, baş obraz- Beatrisa mənə analıq, qadın olmaqla bağlı zaman-zaman düşündüyüm məsələlər haqqında yeni baxış bucağı qazandırdı. Sadəcə istəyərdim ki, Henrinin daxili aləmini də kəşf edəydik, o digərlərinə nisbətən sanki daha kənarda qalırdı. Ovodla əlaqələndirmək üçün son 2-3 səhifədə hər obrazın taleyi açıqlanmışdı, düşünürəm ki, bu məndə xəyal qırıqlığını artdırdı. Əgər , oxuyacaqsınızsa,məncə triologiyanın digər kitabları ilə əlaqələndirmədən başlayın.
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 20235 okunma
675 syf.
10/10 puan verdi
·
Read in 77 days
"Bugünkü görüşüm böyle. Yarın sabah farklı olacak, çünkü yarın sabah ben farklı olacağım.Yarın neyi savunacağım acaba?" Deyə yazıb Pessoa, digər bir hissədə də -"Bu kitap her açıdan tahlil edilmiş, enine boyuna taranmış tek bir ruh halidir" yazıb. Çox ziddiyətlidir, amma həm də çox eyni. Bitirəndə bir dostumdan ayrılmış kimi oldum. Sujetsiz olduğu üçün əvvəllərdə bir az qəribə hiss etdirir, fikir yayılır, bir səhifəni 7 dəfə oxuduğum oldu( buna görə 3 ay çəkdi bitirmək) amma bu 300-lərdən sonra olmadı.( hər kəsdə fərqli ola bilər, amma çox analizlərdə oxşarını oxumuşdum deyə əvvəlcədən özümü buna hazırlamışdm). Mənə ən çox qəribə hiss etdirən cəhəti o idi ki, hər gün aktual olaraq düşündüyüm ya da yaşadığım hansısa bir hadisəyə aid o gün oxuduğum hissədə bir fikir olduğunu görürdüm. Mən kitabı yox, o mənim içimi oxuyurmuş sonra da hisslərimi tərcümə edirmiş kimi hiss edirdim. Son 100 səhifədə artıq qarşılıqlı söhbət edirdik. Əksər insanlar, yuxarı yaşlarda oxunmasını tövsiyə ediblər. Amma bilmirəm, düşünürəm ki, bəlkə 5-10 il sonra oxusaydım Soareslə belə dost olmayacaqdıq. 35 yaşımda yenə oxuyacam. Oxuyacaq hər kəsin isə özündən nəsə tapacağına əminəm!
Huzursuzluğun Kitabı
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 202110.7k okunma