Salatın Aspendizada

Salatın Aspendizada
@aspendizadas
"Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmir. Ancaq öz gününə diqqətlə baxan hər kəs həmin sehrli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir-birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an mövcuddur."
Sayfa 14
Reklam
"Mütləq risk etmək lazımdır. Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır olduğumuz zaman tam şəkildə dərk edə bilərik."
Sayfa 14
"Sevmək - başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir."
Sayfa 8
"Sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə qədər çox seviriksə, mənəvi kamilliyin dərkinə bir o qədər yaxınlaşırıq."
Sayfa 7
"Qərarı ürək verir - yalnız onun qərarı vacib və gərəklidir."
Sayfa 7
Reklam