Samangul Avazli

Samangul Avazli
@avezl1
Puan vermedi·112 syf.··
2025 5. kitabı
·
14 günde okudu
·
Okunma: 17 Ocak 2025 21:24
Sona Cabbarlı “Onu kim unudar?” Xan nəşriyyatına (@xannesriyyati) məxsus xatirə ədəbiyyatından oxuduğum ikinci kitab oldu. İlkini-Polad Həşimovun xatirələrini bir nəfəsə oxumuşdum. Sona Cabbarlının dilindən olan bu kitab mənim üçün o qədər də axıcı olmadı. Xatirə ədəbiyyatlarında xatirələri söyləyənin axıcı üslubunun olması önəmlidir. Bu kitabda isə başda olan təkrar məlumatlar əvvəl məni bir az sıxdı. Sonrasında isə nisbətən qaydasına düşdü. Ümumilikdə isə düşünürəm ki, həyat yoldaşı ondan kiçik olduğu üçün Cəfər Cabbarlı bir çox fikirlərini onunla təfsilatı ilə bölüşməyib. Bəzi hissələrdə olan dialoqlar, məsələləri ötüşdürməsi, baş verənlərin səbəbi haqqında çox da danışmaması bu fikrimi təsdiqləyir. Bu səbəbdən də düşünürəm ki, kitab bizə Cəfər Cabbarlı haqda sadəcə ümumi təəssüat verir. Gözləntimi tam qarşılamadı.
Onu Kim UnudarSona Cabbarlı · Xan Nəşriyyatı · 2019101 okunma